25 Noyabr 10:31

“Gəzən Kitabxana” Şəmkir rayonunda

Edumap.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə “Gəzən kitabxana III” layihəsi “Şəmkir Gənclər Paytaxtı 2016″ çərşivəsində Şəmkir rayonunda start götürüb.

Layihənin Şəmkir rayonunda açılış mərasimində Şəmkir rayon Gənclər və İdman Baş İdarəsinin nümayəndələri və Nizami Gəncəvi adına Şəmkir rayon tam orta məktəbinin müəllim və şagirdləri iştirak edib.

Qeyd edək ki, icrasına 2012-ci ilin noyabr ayından başlanmış layihənin təntənəli açılış mərasimi 7 aprel 2013-cü ildə Bakıda olub. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə açılışı həyata keçirilmiş “Gəzən kitabxana” layihəsi 2013-2014-cü illər ərzində uğurla reallaşdırılıb, minlərlə oxucu kütləsini əhatə edib.

“Gəzən kitabxana” layihəsi çərçivəsində üstüörtülü, xüsusi yük maşınında səyyar  fəaliyyət göstərən kitabxanada beş min kitab və on min elektron nəşr var. Kitabxanada oxucuların işini asanlaşdırmaq məqsədi ilə xüsusi proqramda nəşrlərin elektron kataloqu da yerləşdirilib. Səkkiz bölmədə fəaliyyət göstərən kitabxanada dörd (azərbaycan, rus, ingilis və türk) dillərdə nəşrlər mövcuddur. Kitabxana iki ədəd noutbuk, geniş ekranlı televizor, generator, kondisioner sistemi və digər texniki vasitələrlə təchiz olunub.

Bu gündən etibarən oxucuların istifadəsinə verilən səyyar kitabxana ilin sonuna qədər zənginləşdirilmiş kitab fondu, həmçinin yenilənmiş elektron kitab bazası ilə birgə fəaliyyətinir Şəmkir rayonunda davam etdirəcək.

Bəyən və paylaş

Rəylər

rəy(lər)