“Girls Making Change” sosial layihəsi proqramlaşdırmanı öyrənmək istəyən xanımların qəbulunu açıq elan edir!

Əziz xanımlar,

ABŞ-ın Azərbaycandakı Səfirliyi tərəfindən maliyyələşdirilən

Girls Making Change sosial layihəsi proqramlaşdırmanı öyrənmək istəyən 17-21 yaş aralığındakı xanımların qəbulunu açıq elan edir!
Qeyd edək ki, yalnız 45 nəfərin iştirak haqqı qazanacağı layihə aşağıdakı mərhələlərdən ibarət olacaqdır:
1. Proqramlaşdırma kursu – Microsoft Office proqramları, C, C++, C# proqramlaşdırma dillərinin 6 ay ərzində tədrisi;
2. Şəxsi-inkişaf proqramı:
 Liderlik, məqsədlərin təyin edilməsi, vaxtın idarəedilməsi bacarıqları, gender bərabərliyi və qadın hüquqları ilə bağlı təlimlər;
 İT sahəsi üzrə təhsil verən universitetlərin və ölkə nəzdindkə İnnovasiya Mərkəzlərinin nümayəndələrinin məlumat sessiyaları;
 Ölkə daxili və xaricindəki uğurlu qadın rol modellərlə karyera planlaşdırılması üzrə görüşlər.
3. Hackathon – layihə iştirakçısı olan şəxslərdən yalnız 21 nəfər sondakı müsabiqəyə qatılacaq və seçilən qaliblər xüsusi hədiyyələrlə təltif olunacaqlar.
Layihədə iştirak üçün İT sahəsi üzrə təhsil almaq və ya təməl biliklərə sahib olmaq gərəkli deyil. 3 mərhələli seçim prosesində iştirakçıların riyazi və məntiqi bilikləri imtahanla yoxlanılacaqdır.
Layihənin ilkin mərhələləri onlayn şəkildə həyata keçiriləcəyi üçün ölkənin istənilən bölgəsindən şəxslərin müraciəti qəbul edilir.
Müraciət üçün son tarix: 15 aprel 2021-ci il (saat 00:00)
İştirakçı sayı limitli olduğundan qısa müddət ərzində müraciətinizi tamamlamanızı tövsiyə edirik. Uğurlu namizədlər növbəti mərhələ haqqında məlumatı e-məktub ilə əldə edəcəklər.

Bir cavab yazın

Back to top button