“Gmail”də “Google Form” necə düzəlir? – Fotolar
Bu gün sizə anket yaratmaq üçün ən rahat onlayn vasitə olan “Google Form”-un yaradılmasını şəkillərlə izah edəcəm.
Google Form yaratmaq üçün ilk öncə gmail ünvanına sahib olmalısınız. Gmail-ə sahib olandan sonra gmail-inizdə şəkildə göstərilən kvadratlardan ibarət olan hissənin üzərinə basmalısınız. Bu zaman şəkildə görünən pəncərə açılacaqdır. Sonra pəncərədə görünən “Drive” bölməsinin üzərinə basmaq lazımdır. Bu zaman isə yeni səhifə açılacaqdır.
“Drive” adlanan yeni səhifədə “Yeni” yazılan butonu basanda yeni pəncərədə şəkildəki kimi belə sıralama ilə qarşılacaqsınız. Aşağı gəlib “Digər”in üzərinə tutanda “Google Form” olan pəncərə açılacaqdır.
“Google Form” üzərinə basanda isə şəkildəki kimi yeni səhifə açılacaqdır. Şəkildə sadə formun düzəldiməsi üçün lazım olan məlumatların bəzilərini qeyd etmişəm. Siz forma həmçinin foto əlavə edə və “tema”sını da (görünüşünüdə) dəyişə bilərsiniz.
Form hazır olandan sonra belə görünəcəkdir:
Siz hazır formu təzdən redaktə edə də bilərsiniz.
Formun (anketin) suallarını cavablayan şəxslərın məlumat və cavablarını isə şəkildəki kimi Excel formasında sıralama ilə görəcəksiniz. Bu sıralamanı rahatlıqla kopya edib Excel faylına köcürə bilərsiniz.
Məqaləni daha yaxşı mənimsəmək üçün 1-2 nümunə form düzəltməyi məsləhət görürəm.
Əgər məqalədə qaranlıq qaran məqamlar olarsa elektron ünvanıma suallarınızı göndərə bilərsiniz. ([email protected])
—————————————————————————————————
Oxşar elan: HR təlimlərinə qeydiyyat başladı
—————————————————————————————————