4 Noyabr 08:25

Görkəmli şair Əliağa Vahidin 120 illiyinə həsr olunmuş təntənəli yubiley tədbiri keçiriləcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 04 noyabr 2015-ci ildə, saat 19:00-da Azərbaycan Dövlət Filarmoniyasında görkəmli şair Əliağa Vahidin 120 illiyinə həsr olunmuş təntənəli yubiley tədbiri keçiriləcək.
Nazirlikdən edumap.az saytına verilən məlumata görə, bir çox elm, mədəniyyət xadimlərinin və müvafiq dövlət strukturlarının nümayəndələrinin iştirak edəcəyi tədbirdə Əliağa Vahidin zəngin həyat yolu, fəaliyyəti və yaradıcılığından söhbət açılacaq, şeirləri səsləndiriləcək. Habelə, şairin qəzəllərinə bəstələnmiş musiqilər ifa olunacaq, şairlə bağlı maraqlı videoçarx göstəriləcək.

Bəyən və paylaş

Rəylər

rəy(lər)