2 Noyabr 20:51

Görüşə gəl sevgilim

 

Nə zamandır həsrətəm o gül üzə,

Darıxmışam görüşə gəl, sevgilim.

Gəl ki , bağban öz bağından gül üzə,

Qəlb oxşayan gülüşə gəl sevgilim,

Darıxmışam görüşə gəl, sevgilim.

 

Gəl, dolayım qollarımı belinə,

Sığal çəkim, hörük vurum telinə,

Əlim dəysin zərif, incə əlinə,

Məhəbbətlə coş, cuşa gəl, sevgilim,

Darıxmışam görüşə gəl, sevgilim.

 

Ayrılığın qəlbə dəymiş ox olar,

Sən gəlincə qəm-kədərim yox olar,

Düşünmə ki, bu görüşlər çox olar,

Usanmaram həmişə gəl, sevgilim.

Darıxmışam görüşə gəl, sevgilim.

 

Qorxursan ki, səni mənlə görərlər?

Eşqimizi açıb bəyan edərlər?

Biz gizlənsək səncə sirri bilərlər?

Vardır gizlin bir guşə gəl, sevgilim,

Darıxmışam görüşə gəl, sevgilim.

 

Səni məndən ayırmasın uzaqlar,

Sevgimizi dondumasin sazaqlar,

Alovlansin hərarətlə dodaqlar,

Baldan şirin öpüşə gəl sevgilim,

Darıxmışam görüşə gəl, sevgilim.

Cavid Manaflı

Bəyən və paylaş

Rəylər

rəy(lər)