Göyçay Peşə Hazırlığı Mərkəzində yeni peşə hazırlığı kursları başlayır

Göyçay Peşə Hazırlığı Mərkəzində yeni peşə hazırlığı kursları başlayır

  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işsiz şəxslərin əmək bazarının tələblərinə uyğun sahələr üzrə peşə hazırlığına cəlb olunması istiqamətində işləri davam etdirir.   Görülən işlərin davamı olaraq Göyçay Peşə Hazırlığı Mərkəzində "Ərzaq və qeyri-ərzaq malları satıcısı, nəzarətçi-xəzinədar", "Meyvəçilik və bağçılıq üzrə aqronom” (kiçik aqronom) və aşpaz peşələri üzrə kurslar təşkil ediləcək.   Qeyd edilən peşə ixtisası üzrə kurslara müraciət etmək istəyən işsiz şəxslər 15 dekabr 2021-ci il tarixinə kimi Göyçay Peşə Hazırlığı Mərkəzinə müraciət edə bilər. Müraciətlər həm şifahi, həm də onlayn formada qəbul edilir.   Müraciət linki:https://dma.gov.az/vetendaslar-ucun-muraciet-formasi   Ünvan:Göyçay Peşə Hazırlığı Mərkəzi, Göyçay şəhəri, Rəsul Rza 70 Telefon:070 625 23 45

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az