Göyçayda “Aqroturizm və Məşğulluq” festivalı keçiriləcək

Göyçayda “Aqroturizm və Məşğulluq” festivalı keçiriləcək

 

İyunun 25-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Göyçay Peşə Hazırlığı Mərkəzi vəKənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqatİnstitutunun birgə təşkilatçılığı ilə “Aqroturizm və Məşğulluq” (#GöyçayFest) festivalı keçiriləcək.
advertisement
 

Festivalda kənd təsərrüfatı, ictimai iaşə və aqroturizm istiqamətində maraqlı subyektlərin sərgiləri təşkil olunacaq. Həmçinin bu istiqamətlərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin məhsulları və həyata keçirilmiş layihələr nümayiş etdiriləcək.

advertisement  

Festivalda iştirakçıları aqroturizmçilər və işəgötürənlərin nümayiş etdirdikləri məhsullarla tanış olmaq imkanı qazanacaq,təşkil olunacaq satış sərgisində yerli sahibkarların məhsullarını əldə edə biləcəklər.

 
advertisement
Tədbir Dövlət Məşğulluq Agentliyi, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu, Dövlət Turizm Agentliyi, Göyçay Rayon İcra Hakimiyyəti, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, “Aznar” QSC, “Göyçay-Süd” ASC və Azərbaycanda Qadın Sahibkarığının İnkişafı Assosiasiyasının birgə tərəfdaşlığı ilə baş tutacaq.

 

advertisement Məqsəd regionda aqroturizm və ekoturizmin, eləcə də milli qastronomiyanın inkişafına dəstək olmaq, yerli sahibkarların aqroturizmə marağını artırmaq, aqroturizm idarəetmə təcrübəsini təşviq etməklə əhalinin məşğulluq imkanlarını genişləndirməkdir. Həmçinin peşə mərkəzi müdavimləri, gənclər üçün əlavə gəlir gətirən, həmçinin iqtisadi dayanıqlılığı özündə birləşdirən turizm növlərini inkişaf etdirməkdir
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:


FACEBOOK:Edumap.az


advertisement

İNSTAGRAM:@edumap.az


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az