18 Yanvar 12:53

“Green Economy Leadership” adlı təlimlər silsiləsinə qeydiyyat başladı

Dəyərli Gənclər,

AYAFE, AIESEC ilə birgə, dekabr-yanvar ayları ərzində həyata keçirəcəyi “Green Economy Leadership” adlı təlimlər silsiləsinə qeydiyyat elan edir.

Təlimlər xarici təlimçilər tərəfindən həyata keçiriləcək. Təlimlər ingilis dilində keçiriləcək, lakin təlim zamanı sinxron tərcümə təşkil olunacaq (yəni İngilis dili biliyi olmayan şəxslər də müraciət edə bilərlər.

Yaşıl İqtisadiyyatda liderlik:
İqtisadi inkişaf nəticəsində bir tərəfdən texnoloji yeniliklərin enerjiyə tələbatı, digər tərəfdən isə məişət və sənaye tullantılarının, çirkab suların həcminin artması da müşahidə edilməkdədir. Hazırda adıçəkilən sahələrin idarə olunması, ətraf mühitin mühafizəsi, insanların sağlam təbii şəraitdə yaşaması, təbii sərvətlərdən dünya əhalisinin rifahı naminə daha dolğun istifadə olunması kimi məsələlər əsas prioritetlərdir və belə olduqda ortaya yeni anlayış – “yaşıl iqtisadiyyat” anlayışı çıxır.

Bu təlim kursu gənclərin bu sahədə biliklərini artırmaq və həmçinin liderlik bacarıqlarını inkişaf etdirmək məqsədilə həyata keçirilir.

Təlimlər, yeniliyə açıq və uğurlu karyera planları olan bütün gənclərimizin üzünə açıqdır və tamamilə ödənişsizdir.

Təlimlər 25, 27 və 30 yanvar tarixlərində keçiriləcək.

İştirakçı sayı məhduddur. Qeydiyyatdan keçmək üçün aşağıda (↓↓↓) yerləşdirdiyimiz link`ə daxil olmalısınız.

Qeydiyyat üçün link: https://goo.gl/forms/pjx4fdPx7MzF5km02

Qeyd 1: İştirak haqqı qazanmış iştirakçılarla yanvarın 24-nə qədər, qeydiyyatdan keçərkən istifadə etdikləri e-mail vasitəsilə və ya telefonla əlaqə saxlanılacaq.

Qeyd 2: Minimum 2 təlimdə iştirak etmiş iştirakçılara sertifikat təqdim olunacaq.

Bəyən və paylaş

Rəylər

rəy(lər)