Güclü psixologiyaya sahib olmağın 7 effektiv yolu hansılardır?

Güclü psixologiyaya sahib olmağın 7 effektiv yolu hansılardır?   📌 Sərhədlərinizi təyin edin! Özünüzü hədsiz dərəcədə günahkar hiss etməyin, istədiyinizi və ehtiyacınızı söyləyin, susmayın, hər zaman qurbanlar verməyin. Emosional və fiziki sərhədlərinizi sağlam şəkildə çəksəniz, enerjiniz həmişə yüksək olacaq.   📌 Bağışlamağı öyrənin! Sizi incidən və ya haqsızlıq edən birinə qarşı qəzəb digər insanı deyil, sizi cəzalandırır. Unutmayın ki, sizə qarşı səv edən biri haqqında düşünməyə sərf etdiyiniz vaxt əslində özünüzdən oğurluq edir.   📌 Şikayət etməyi dayandırın! Kimdənsə və ya bir vəziyyətdən daim şikayətlənmək sizi problemin həllinə deyil, problemə yönəldir.   📌 Hisslərinizi idarə edin! Başqalarının hərəkətlərinin sizin hisslərinizə təsir etməsinə imkan verməyin.   📌 Manipulyasiyadan ehtiyatlı olun! Dəyəriniz başqalarının sizin haqqınızda müsbət təəssüratları ilə müəyyən edilirsə, həyatınız hər zaman kimisə xoşbəxt etmək üçün keçəcək. Heç vaxt başqasının sənin haqqında nə düşündüyünə görə özünü mühakimə etmə.   📌 Fərqli olmaqdan qorxmayın! Vaxtınızı və enerjinizi sizi olduğunuz kimi qəbul edən və sevən insanlar üçün qənaət edin və fərqinizlə dünyaya rəng qatdığınız üçün dəyərinizi bilin.   📌 Qurban psixologiyasına girməyin! Daim nəyisə qurban verdiyinizi anladığınız zaman durun və düşünün. Təbii ki, verdiyiniz qərarlar arzuolunmaz nəticələrə səbəb ola bilər, ancaq qərara sahib çıxmaq və çıxış yollarını axtarmaq sizin ixtiyarınızdadır. Hazırladı: Edumap.az Təhsil Portalı

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az