“Gün keçdi” / Arif Babayev

Çox PisPisNormalYaxşıÇox Yaxşı (2 Bal, Təqribi: 3,00 Ümumi 5)
Loading...

Oktyabrın 17-si Sizi Azərbaycan kinematoqrafiyasının ən yaxşı ekran əsərlərində biri, rejissor Arif Babayevin çəkdiyi “Gün keçdi” filminə baxmağa dəvət edirik. Həmçinin tədbir zamanı filmin qəhrəmanlarından biri Azərbaycanın Xalq artisti Leyla Şıxlinskaya ilə görüş keçiriləcək və onunla bu film və incəsənət haqqında söhbət edəcəyik.

“Gün keçdi” filminin süjeti iki qəhrəmanın taleyi, iki xarakterin münasibətləri üzərində qurulub. Film qəhrəmanların və eləcə də o dövrün Bakının əhval-ruhiyyəsini özündə əks etdirir. İlk baxışdan seyrçiyə elə gəlir ki, Əsmər (Leyla Şıxlinskaya) xoşbəxtdir; onun diplomat əri, qızı, dostları var. Maraqlı səyahətlərdən aldığı gözəl təəssüratlara malikdir. Əvvəllər bəlkə də bütün bunlar onu əyləndirmiş, sonralar isə tədricən gözündən düşmüşdür. Çünki Əsmər hələ də bəzi gənclərimiz kimi həyatda öz yerini tapa bilmir…
Film fəlsəfi sonluqla bitir: yalnız keçmişlə, uşaqlıq xatirələri ilə yaşamaq olmaz, hər adamın gələcəyi olmalıdır. Artıq Oqtaydan (Həsən Məmmədov) ayrılan Əsmərin qəlbində həyatını yenidən qurmaq, güzəştlərə getmək arzusu daha da möhkəm baş qaldırır. Ömrün günlərindən yalnız birini, bir qədər qeyri-adi, lakin digər günlərdən az fərqlənən günü göstərən filmin sonunda hər iki personaj – Oqtay və Əsmər ciddi düşünüb nəticə çıxarırlar.

Tarix: 17 oktyabr, saat 19:00
Giriş sərbəstdir

Cavab yaz

Please enter your comment!
Please enter your name here