15 Fevral 18:28

Günel Axundlu / “Şüuraltı” ustad dərsi

YARAT Müasir İncəsənət Məkanı Sizi ARTIM Layihə Məkanında “Perpendikulyar həqiqətlər” sərgisi çərçivəsində rəssam Günel Axundlu tərəfindən keçiriləcək insanın daxili dünyası mövzusunda «Şüuraltı» adlı ustad dərsinə dəvət edir.

Mühazirəçi: Günel Axundlu
Tarix: 22 fevral, 19:00

Ünvan: ARTIM Layihə Məkanı, İçərişəhər,
Böyük Qala küç., 30,001 A
Giriş sərbəstdir

Günel Axundlu tədbir zamanı insanın daxili dünyasının dərinliyi, şüuraltının gücü və insan zehninin kosmik fəza ilə əlaqəsi haqqında danışacaq. Tədbirin iştirakçıları müzakirə zamanı kosmik görüntü və müxtəlif aralıqlardakı səsləri təsəvvürlərində canlandırıb öz şüuraltı dünyalarını kağız üzərində əks etdirəcəklər. Bu zaman rəssamın əsərindəki subyektiv yanaşmasını təcrübə etməklə yanaşı öz xəyal güclərinin sərhədlərini də sınayacaqlar.

Günel Axundlunun “Mənbə” video instalyasiyası insan şüurunun gücünü dörd ünsür vasitəsilə açıqlamağa çalışır. Məkana uyğunlaşan instalyasiyasında rəssam ünsürlərdən antropomorfik element yaratmağa çalışır.

Bioqrafiya

Günel Axundlu (d. 1990, Azərbaycan) Bakı şəhərində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında memarlıq üzrə ixtisaslaşıb. Yaradıcılığına 2010-cu ildə başlayan Günel Axundlu hal-hazırda rəssam və qrafik dizayner kimi fəaliyyət göstərir. Əsərlərinin əsas mövzusu insan varlığı və onun müxtəlif tərəflərdən araşdırılması, gizli təbiət, yuxular, fəlsəfi və ezoterik fikirlər haqqındadır.

ARTIM ROOMS layihəsi gənc rəssam, kurator və digər yaradıcı peşə sahiblərinə müstəqil “otaqlar layihəsini” təklif edir. Hər kəs sahib olduğu bir və daha çox ideyalarını ARTIM Layihə Məkanının otaqları üçün təklif edə bilər. Layihənin məqsədi müzakirələr və eksperimentlər üçün nəzərdə tutulan yaşayan, dinamik və müstəqil platforma yaratmaqdır.

Sərginin tarixləri: 31 yanvar – 24 fevral
Sərginin iş rejimi: Çərşənbə axşamı – bazar, 12:00-20:00
Ətraflı məlumat: www.yarat.az; (012) 505 1414

Bəyən və paylaş

Rəylər

rəy(lər)