“Günün Qəhrəmanları” yazı müsabiqəsi

Pandemiya ilə mübarizə dövründə vətəndaşlara xidmət etməyə davam edən insanları ictimaiyyətə tanıtmaq üçün “Günün Qəhrəmanları” yazı müsabiqəsinə start veririk. 🙂Müsabiqə bu dövrdə müxtəlif sahələrdə çalışıb həyatlarını riskə atan insanlar, karantin zamanı həyata keçirilən sosial layihələr və təşəbbüslər haqqında hekayələri əks etdirəcək.

Ən yaxşı 3 hekayənin müəlliflərinə:
 Samsung S10+
 Huawei P30 Pro
 500 AZN dəyərində pul mükafatı hədiyyə olunacaq.

Daha 3 həvəsləndirici yerin sahiblərinə isə 300 AZN məbləğində pul mükafatı təqdim olunacaq.

Şərtlər:
1. Yazılar real hekayələrə əsaslanmalı və müəllif haqqında danışılan şəxsdən yayımla bağlı razılıq almalıdır. Məqaləyə şəxsin razılığı əsasında foto və videolar da əlavə edilə bilər.
2. Jurnalistlər yazılarını Nar və TƏBİB-in birgə keçirdiyi müsabiqə çərçivəsində hazırlandığını qeyd edərək mediada yerləşdirdikdən sonra müvafiq linklə bərabər [email protected] elektron ünvanına göndərməlidirlər.
3. Sosial media istifadəçiləri də yazılarını Word faylına yerləşdirib [email protected] elektron ünvanına göndərməlidirlər. Bundan başqa müsabiqənin həştaqını qeyd etməklə yazılarını öz sosial media səhifələrində də paylaşa bilərlər.
Həştaqlar: #GününQəhrəmanları #Nar #TƏBİB
Qeydlər:
 Qaliblər münsiflərimiz tərəfindən müəyyənləşəcək;
 Müsabiqədə həm jurnalistlər, həm də sosial media istifadəçiləri iştirak edə bilər;
 Qoşulmaq üçün son tarix 10 avqustdur.

Bir cavab yazın

Back to top button