22 Sentyabr 01:53

GÜRCÜSTAN “Tbilisoba Festivalı” TURU: TBİLİSİ – MTSXETA (2gün/1gecə)

🇬🇪🇬🇪GÜRCÜSTAN “Tbilisoba Festivalı” TURU🇬🇪🇬🇪
*TBİLİSİ – MTSXETA*
5-6 oktyabr ( 2 gün -1 gecə)

Qiyməti: 70 manat
(30 manat ilkin ödəniş edərək qeydiyyata düşmək mümkündür!)

Qiymətə daxildir:
🚌Komfortlu nəqliyyat
🏢 1 gecə 2 gun oteldə gecələmə
🍱 1 dəfə oteldə səhər yeməyi
🙋🏻‍♂ Bələdçi
🎦 Qrup şəklində foto çəkiliş

Turun Proqramı:
📍4 oktyabr:
-21:30 Bakıdan yola düşmə

📍 5 oktyabr
– MTSXETA – Tarixi kəndə ekskursiya:
~Kəndin tarixi küçələri
~ Jvari Manastırı
~Svetitskhoveli Kafedralı
~Kür və Araqvi qovuşan sahil
-Tiflisə qayıdış
– Tiflisə çatma və otelə yerləşmə, istirahət
– Gəzinti:
~ TBİLİSOBA Festivalında iştirak
~Azadlıq meydanı
~Sülh körpüsü (şüşəli körpü)
~Rike park-Müsiqili fantan
~Kanat
~Nariqala
~Sulfur hamamları
~Cümə məçidi
~Botanika bağı
– Tiflis gecələrində gəzinti:
~ Şardeni küçəsi
~Sioni küçəsi
~Rustaveli küçəsi
~Parlament binası

📍6 oktyabr
– Gəzintiyə yola düşmək:
~Mtatsminda dağüstü park
~Funiklyor
~Atraksiyonlar
~Prezident sarayı
~Gürcüstan milli muzeyi
~Sovet İşğal Muzeyi
~Gözəl Sənətlər Muzeyi
~Kaçueti kilsəsi
~Müasir İncəsənət muzeyi
-Tiflis Mall-a səyahət
– 22:00 – Bakıya qayıdış

📍7 oktyabr
-07:00 – Bakıya çatmaq

Qeyd: Muzey və digər yerlərə giriş biletləri turun ödənişinə daxil deyil.

Əlaqə:
0518432599 WhatsApp + zəng
0774641868 WhatsApp + zəng

Festival haqqında:

Tbilisoba (gürc. თბილისობა) —  Gürcüstanın paytaxtı Tbilisinin müxtəlifliyini və tarixini qeyd edən bir bayramdır.

Tbilisoba bayramı hər ilin Oktyabr ayının son həftəsində qeyd edilir[1]. Tbilisoba, ilk dəfə 1979-cu ilin Oktyabr ayının 28-də təşkil edilmişdir[2]. Bu bayram, həmən o gündən bəri (1990-cı illərin əvvələrindən başqa) hər il qeyd edilir[2]. Tbilisoba, yaxın vaxtlarda bəzi post-sovet ölkələrində də qeyd edilmişdir[3][4][5]. Tbilisoba 2016-cı ilin Oktyabr ayında Rusiyanın paytaxtı olan Moskva şəhərində qeyd edilmişdir[3]. Bayram, ənənəvi musiqili rəqsi, açıq hava konsertlərini və şəhərin tarixi hissəsini təşkil edən Köhnə Tbilisi-dən gələn müxtəlif mədəni fəaliyyətləri təqdim edir[6]. Şəhərin keçmişini və bu gününü qeyd etməkdən başqa, Gürcüstanın dörd bir tərəfindən insanlar Rtveli (gürc. რთველი) bayramında öz regionlarını təmsil edirlər.

Tarixi:

Tbilisoba keçmiş Gürcüstan Sovet Sosialist Respublikası Kommunist Partiyasının birinci katibi olan Eduard Şevardnadzenin təşəbbüsü ilə yaradılmışdır[2]. Bayram, 1990-cı illərin əvvəllərindəki vətəndaş iğtişaşı zamanı qeyd edilmədi. 1995-ci ildə yenidən qeyd edilməyə başlandı.

Bəyən və paylaş

Rəylər

rəy(lər)