26 Mart 22:38

“Gürcüstan-Ukrayna-Azərbaycan 2017” Beynəlxalq fotosərgisi

30 mart 2018 il, saat 18:00-da Gürcüstan Fotoqrafları Assosasiyasının təşkilatçılığı ilə Gürcüstan parlamentinin (Tbilisi, Qudiaşvili, 7) Milli kitabxanasının sərgi salonunda “Gürcüstan-Ukrayna-Azərbaycan 2017” Beynəlxalq fotosərgisinin açılış mərasimi baş tutacaq.

Sərgidə   “Gürcüstan-Ukrayna-Azərbaycan 2017” beynəlxalq müsabiqəsinin ən yaxşı fotoları yer alacaq. Müsabiqə FİAP-in dəstəyi ilə baş tutmuş üç salonda -2-ci Gürcüstan Draq-2017, 2-ci Beynəlxalq Karpat fotovernisajı-2017 və ilk dəfə olaraq Azərbaycan -2017 Beynəlxalq fotosalonuna 57 ölkədən 383 müəllifin 5292 fotosundan 4146 iş müsabiqədən keçmiş onlardan 158 əsər mükafatlara layiq görülmüşdür.

Fotolar dörd: “Sərbəst mövzu – ağ-qara”, “Sərbəst mövzu – rəngli fotoqrafiya”, “İnsanlar” və “Mənzərə” bölümdə təqdim olunmuş və hər bölümlər üzrə FİAP-ın, hər bir salonun müvafiq qızıl, gümüş,bürünc medalları, diplomlara layiq görülmüşlər (ətraf www.photo-forum.eu portalında).həmçinin qaliblərə mükafatlarla birgə kataloq da təqdim olunacaq.

31 mart – 2 aprel  tarixlərində Azərbaycan, Ukrayna və Gürcüstan fotoqrafları üçün fotogəzinti təşkil olunacaq və əsərlərinin elektron təqdimatı gecəsi təşkil olunacaqdır. Bu sərgi və mükafatlandırma Ukraynada və Azərbaycanda olacaq.

www.photographers.ge    www.photo-forum.eu         [email protected]

Bəyən və paylaş