“Güvənli” MMC kredit departamentində maaşlı Təcrübə Proqramına start verib

 “Güvənli MMC” kredit təşkilatı Bakı,Gəncə,Quba və Xaçmaz şəhərlərində kredit departamentində kredit mütəxəssisi vakansiyası üçün ödənişli Təcrübə Proqramını açıq elan edir. 2021-ci ilin aprel ayından etibarən “Güvənli” MMC ali təhsil müəssisələrini yeni bitirən və iş təcrübəsi olmayan gənc istedadları cəlb etmək üçün təcrübə proqramına start verib.

İş haqqında məlumat :

  1. Təşkilatın kredit məhsullarını təbliğ edir,müştəriləri cəlb edir,birbaşa marketinq və satış funksiyasını həyata keçirir;
  2. Kredit almaq üçün müraciət edən şəxslərə kredit məhsulunun şərtləri barədə məlumat verir;
  3. Kredit portfelinin keyfiyyətinə nəzarət edir;
  4. Rəhbərlik tərəfindən verilən tapşırıqları dəqiq və düzgün şəkildə icra etmək;
  5. AR Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
  6. İş qrafiki: 1-5-ci günlər saat 09:00-dan 17:00-dək,

Şənbə günü: 10:00-dan 16:00-dək.

Tələblər :

  • Cins: Xanım və Kişi namizədlər;
  • Şəhər: Bakı,Quba,Xaçmaz,Gəncə;
  • Ali təhsil müəssisəsini yeni bitirməli;
  • Analitik zəka, müştərilərlə işləmək qabiliyyəti;
  • Riyazi hesablama aparmaq qabiliyyəti;
  • Satış bacarığına malik olmaq;
  • Əla ünsiyyət qura bilmək;
  • Komandada işləmək bacarığı;
  • İnkişafa meyilli olmalıdır

Təcrübə proqramını uğurla başa vuranlar təşkilatımızda işlə təmin olunacaqlar.

Qeyd olunan tələblərə uyğun namizədlər CV-lərini [email protected] elektron ünvanına “Təcrübəçi” başlığı ilə göndərə bilər.

Bir cavab yazın

Back to top button