GVİİM 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə xanımları təbrik edib
Martın 6-da Gənclərin Virtual İnkişafı və İdarəetmə Mərkəzi Azərbaycan Texniki Universitetində 8- MART BEYNƏLXALQ QADINLAR GÜNÜ münasibətilə universitetimizin xanım əməkdaşlarını bir yerə yığaraq onların bayramını təbrik edib.
Tədbiri giriş sözü ilə Azərbaycan Texniki Universiteti Gənclərin Virtual İnkişafı və İdarəetmə Mərkəzinin direktoru Vüqar Əliyev açıb. O, 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir iştirakçılarını və onların simasında bütün qadınları təbrik edib, xoş arzularını çatdırdı.
Şirniyyat masası arxasında keçən şənlik hamıya gözəl ovqat, sevinc duyğuları bəxş etdi. Sonda tədbirə dəvət edilmiş bütün qadınlara qızılgüllər təqdim edilib.