GVİİM tərəfindən Xocalı Faciəsinin 25-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib

Edumap.az xəbər verir ki, 24.02.2016-cı il tarixdə Azərbaycan Texniki Universitetinin Kitabxanasının “Kitabların komplektləşdirilməsi və hesabı” şöbəsinin oxu zalında Gənclərin Virtual İnkişafı və İdarəetmə Mərkəzi tərəfindən Xocalı Faciəsinin 25-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Mərasimi giriş sözü ilə Azərbaycan Texniki Universiteti Gənclərin Virtual İnkişafı və İdarəetmə Mərkəzinin direktoru Vüqar Əliyev açıb.

Xocalı soyqırımının Azərbaycan xalqının tarixində silinməz izlər buraxdığını, XX əsrin sonlarında ermənilər tərəfindən törədilən bu qətliamın insanlığa sığmayan bəşəri bir cinayət olduğunu bildirib, ölkəmizdə hərbi-vətənpərvərlik təbliğatına xüsusi önəm verildiyi və Xocalı soyqırımı ilə bağlı həqiqətlərin təbliğ edilməsində gənclərin bundan sonra da aktiv fəaliyyətlərinin vacibliyi vurğulanıb.

Anım Mərasimində Azərbaycan Texniki Universitetinin Azərbaycan dili Pedagoqika kafedrasının müdiri Həbib Tağızadə, “Kitabların komplektləşdirilməsi və hesabı” şöbəsinin müdiri  Zöhrə Məmmədovada iştirak edib. Daha sonra Azərbaycan Texniki Universitetinin Azərbaycan dili Pedagoqika kafedrasının müdiri Həbib Tağızadə də Xocalı Faciəsini haqqında fikirlərini bildirmiş və gənclərin vətənpərpər ruhda inkişaf etməsi üçün öz tövsüyələrini vermişdir. Daha sonra Gənclər araısnda Faciə ilə bağlı fikir mübadiləsi aparılmışdır. Mübadilə zamanı MBM fakültəsinin 915a3 qrup tələbəsi və AzTU GVİİM-in Aparat Rəhbəri Xanım Nəzərovaya,  Sabah fakültəsinin 684s qrup tələbəsi və AzTU GVİİM-in PR Meneceri- Natavan Alıqızına, XTT fakülətsinin 1-ci kurs tələbəsi Qurbanov Murada söz verilib. Onlar Xocalı soyqırımı haqqında öz fikirlərini bölüşüblər.

Sonda xarici saytlara e-mail hücumları reallaşdırıldı.

Tədbir Xocalı faciəsindən bəhs edən kadrların nümayişi ilə başa çatıb.

Bir cavab yazın

Back to top button