17 Avqust 00:57

Həftəlik Digital

İlk olaraq həftənin bendləri təmsil edən  “Facebook” səhifələrini analiz edəndə diqqətimi çəkən National Olympic Committee of Azerbaijan səhifəsi oldu. İlk növbədə baxsanız düşünə bilərsiniz ki, Rio oyunlarında çıxış edəcək Azərbaycan yığmasını təmil etməyə burda çətin nə var ki?!  Amma belə deyil. İlk növbədə “Formula 1” yarışlarını nümunə gətirim. O yarışları sosial mediada təmsil edəcək qrum, agentlik və ya şəxs (şəxslərin) qarşısında bir neçə krizisə səbəb ola biləcək hal yaşana bilərdi. Oyunlar zamanı bağlanacaq küçələr, insanlarda yaranacaq aqressiya, oyunlara sərf oluncaq pullar və bunun 5 il davam etməsi… Bu insanlar əsəblərini sosial mediada biruzə verəcəklərdi. Belə də oldu. Amma krizis planı hadisləri məncə qabaqlaya bilmədi. Amma bu səhifədə isə vəziyyət başqadı. Bildiyimiz kimi oyunlar 5 avqustdan başlayır. 400 000 dollar kimi vəd edilən mükafat və s. Azərbaycanı təmsil edən idmaçılar arasında xətri sayılır dərəcədə çox legionerlərin olması. İdmançlarımız uğursuluq yaşaması bu halda əhalini sevindirə bilməzdi. Ammaə səhifə bu məsləyə olduqca ehtiyatlı yanaşır. İnsanları emosianal olaraq özlərinə bağlaya bilirlər.

ss

Influencer Marketing

“Influencer Marketing”in ən qorxduğum tərəfi həmişə faydalanacağımız populyar şəxsin kaprizlərin ya bir yerdən sonra özünə hakim ola bilməyib sağlam qərar verə bilməməsidir. “Instagram”da 77,9 milyon izləyicisi olan Justin Bieber kimi. Düşünün ki, reklam kampaniyasına milyonlarca dollar xərcləyirsən, o isə sevgilsinə əsəbləşb hesabını silir. Belə çox pakizə:) Burdan bu işin türklər demiş mastırını yapmış Vaqif bəyə salamlar.

justin-bieber-instagram-deleted-trolls-796x415

Google Adwords

Növbəti xəbər “Google”un “Keyword Planner Tool” haqqındadır. Məlum məsələdir ki, bu açarsöz üçün axtarış etdiyimizdə bizə köməkçi olur. Amma “Google” bəzi dəyişiklik edərək reklama az pul xərcləyənlərə daha az data verməyə başlayacaq. Misal üçün bir açarsöz 500 dəfə axtarış edilibsə bizə veriləcək informasiya “100-1K” şəklində olacaqdır. Ümumi olaraq isə bizə göst’riləcək nəticələr:

  • 0
  • 1–100
  • 100–1K
  • 1K–10K
  • 10K–100K
  • 100K–1M
  • 1M+

Daha çox sərmayə qoyanlarda isə bu hal yaşanmayacaqdır. Bir sözlə fərdi şəkildə Google reklamlarından istifadə edənlərin işi qəlizləşdi. Digital agentliklərin isə bir azda dəyərlənəcəyini düşünürəm.

Son olaraq “SocialBrands” Türkiyədə 16000-dən çox brendin sosial media hesabını obyektiv şəkildə analiz edərək avqust ayının liderlrəini elan etdi. Banklarda Ziraat bankı lider oldu. Təəssüf ki, bizdə hələ ki, bununla məşğul olan bir qurum və ya heyət yoxdu. Qısa zamanda sosial mediada öz sözünü demiş “dərvişlərin” aylıq xeyir-duaların:) alaraq nəticləri elan etməyə çalışacam. Tam ədalətli və şəfaf. İnanıram ki, sizə də maraqlı olacaq.

Müşfiq Şirəliyev

Bəyən və paylaş

Rəylər

rəy(lər)