Həmrəylik Düşərgəsi

Yayı səmərəli keçirmək istəyirsən?

Sosial məsuliyyətini dərk edib, aktiv həyat tərzi sürmək, təbiətin qoynunda komanda ilə çalışmaq, yeni dostluqlar əldə etmək istəyirsənsə bu fürsət SƏNİN üçündür.

Azərbaycanın multikurtular ənənələrin mövcud olduğu və YUNESKOnun qeyri-maddi mədəni irs siyahısına daxil olan sənətkarlığ sahəsinin yaşadığı qədim Lahıcda baş tutacaq Həmrəylik Düşərgəsində Sən də qoşul!
Əsgər simulasiya oyunu formasında qurulacaq bu düşərgə çadırlarda təşkil olunacaq və iştirakçılar bütün qida və gigiyenik vasitələrlə təmin olunacaqdır.
Macera və əyləncə dolu ASAN Könüllülərinin Həmrəylik düşərgəsində iştirak etmək üçün qeydiyyatdan keçməyə tələs!

Bütün bunlar, ödənişsizdir!
Məkan: Lahıc qəsəbəsi.
Zaman: 20 – 26 İyul.

Bir cavab yazın

Back to top button