Hər qadın bir qəhrəmandır!

Həyatımız boyu müxtəlif hekayələr eşidirik, onlarla böyüyürük, bəzi qəhrəmanlara pərəstiş edirik, digərlərindən ilham alırıq. Bəs onları niyə hər zaman uzaqda axtarırıq? Heç bilirsinizmi ətrafımızda nə qədər zərif qəhrəmanlar var?

Bəli, onlar xanımlardır. WOWOMAN-lar. Unudulaz xatirələri, enişli-yoxuşlu yolları, məğlubiyyətləri və qələbələri olan müasir qəhrəmanlar. Güclü və əzmkar, dünyanı yaxşılığa doğru dəyişməyə çalışan Azərbaycan qadını!

Artıq onları tanımaq imkanın var. Çünki, sən də Beynəlxalq Qadınlar günü münasibəti ilə ” Hər qadın bir qəhrəmandır” şüarı altında, 6-13 mart tarixində keçiriləcək sərgiyə dəvtlisən. Park Bulvar AVM-in dəstəyi ilə keçiriləcək sərginin açılış günü- 6 martda isə siz, həmçinin, WOWOMAN stendinə yaxınlaşaraq, müxtəlif hədiyyələr, açıqçalar əldə edib, yaxınlarınızı sevindirə bilərsiniz.

Hər qadın bir qəhrəmandır, bunu unutma! Bizim sərgidə iştirak et, və onların tarix yazan hekayələrinin şahidi ol

Əgər sən də demək və eşidilmək istəyirsənsə, o zaman sənin hekayəniwww.wowoman.org saytında gözləyirik.

6 mart saat 10:00-22:00

Bir cavab yazın

Back to top button