5 Noyabr 17:27

” Həyatın bir anı “

Gözlərim həsrətlə baxır yollara

Sənsizlik dağ çəkir qəlbimə mənim

Ürəyim vurduqca damarlara qan

Qocalır həyatım keçdikcə zaman

 

Zaman dərmandı deyirlər amma

Qan donur ürəkdə keçdikcə zaman

Sənsizlik qəlbimə vurduqca yara

Çevrilir həyatım ağdan qaraya

 

Günü – gündən qaralır gözümdə

dünya Sənsiz həyatımın nədir mənası?

Gözlərin önündə sönür atəşim

Tüstüsüz alovun varmı mənası?

 

Döydükcə qapını sevinc səsləri

Tutulur ayaqlar, qıc olur əllər

Bağlanır gözümdə açıq qapılar

Vurulur tənhalıq qıfılı sanki

 

Düşündüm qayıdıb gələrsən bir gün

Dərdli günlərimə olarsan həmdəm

Düşündüm silərsən göz yaşlarımı

Qurtarar ürəyim acı bir dərddən

 

Sənsiz keçir günlər mənasız, solğun

Həyat da sıxıcı, sanki qaranlıq

Bəlkədə aydınlıq tutub hər yanı

Amma gözlərimdə zülmət bir gecə

Gənc yazar Gülnar Rizvan qızı

Bəyən və paylaş

Rəylər

rəy(lər)