H.Z.Tağıyev klubunun növbəti məşğələsi
Azərbaycanın görkəmli sahibkar və mesenatı Hacı Zeynalabdin Tağıyevin (1838-1924) adını daşıyan klub 2013-cü ildən Milli Azərbaycan Tarixi Muzeyində fəaliyyət göstərir.
Bu dahi şəxsiyyətin həyat və fəaliyyətini araşdırmaq, onun əməlləri ilə bağlı qaranlıq səhifələri açmaq, ona və ailəsinə məxsus sənəd və əşyaları toplamaq, eləcə də görkəmli xeyriyyəçinin fəaliyyətini Azərbaycanda və vətənimizin hüdudlarından kənarda təbliğ etmək klubumuzun əsas vəzifəsidir.
Klubun üzvü olmaq ödənişsizdir.
Məruzəçi: Milli Azərbaycan Tarixi Muzeyin Xarici əlaqələr və elmi kütləvi iş şöbəsinin elmi işçisi Əli Fərhadov
“H.Z. Tağıyev klubu”nda məşğələlər hər ayın ilk və son şənbə günü saat 12:00-da keçirilir.
27 may 12:00
Qeydiyyat üçün: 493 1134 (bazar ertəsi-cümə, saat 11:00-16:00)
Keçiddə göstərilmiş anketi doldurmaqla da qeydiyyatdan keçə bilərsiniz:https://clck.ru/AYNmt
Hamınız dəvətlisiniz!