“Hacı Qara” tamaşasına daxili baxış keçirilib
Sumqayıt Dövlət Dram teatrında Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-mərdi xəsis” komediyası əsasında hazırlanmış yeni “Hacı Qara” tamaşasına daxili baxış keçirildi. Quruluşçu rejissor və musiqi tərtibatçısı teatrın baş rejissoru əməkdar artist Firudin Məhərrəmovdur. Tamaşa orjinal traktovkası, musiqi tərtibatı və bədii dekorasiyası ilə seçilir. Əsas rolları Akif Mirzəyev, əməkdar artist İlham Səfərli, Cəlal Məmmədov, İlahə Vilayət qızı, İlahə Səfərova, Rövşən Əsgərov, Mətləb Səfərli canlandırırlar. Daxili baxışdan sonra keçirilən müzakirədə teatrın direktoru İslam Həsənov, kollektiv üzvləri, Məzahir Süleymanov, Şahmar Qəribli, əməkdar artistlər Namis Şirməmmədov, Ulduzə Nəsir, İzaməddin Bağırov, qonaqlar Hafiz İmamnəzərli, Vaqif Ağayev, Rövşən Almuradlı çıxış etdilər. Yaxın günlərdə tamaşanın premyerası keçiriləcək.