Hadisələrin araşdırılması üzrə mütəxəssis (Şabran,Xızı,Quba,Qusar,Xaçmaz,Xudat,Siyəzən) vakansiyası

“Günay Sığorta” ASC Hadisələrin araşdırılması üzrə mütəxəssis (Şabran,Xızı,Quba,Qusar,Xaçmaz,Xudat,Siyəzən) axtarır:
Namizədə tələblər:
✓ Yaş: 23-35;
✓ Cins: Kişi;
✓ İş təcrübəsi: bu sahə üzrə iş təcrübəsi olanlara üstünlük verilir;
✓ Dil bilikləri: Azərbaycan (əla) ;
✓ B kateqoriyalı sürücülük vəsiqəsi olmalı;
✓ Yol hərəkəti haqqında və sığorta qanunvericiliyi haqda anlayışı olan;
✓ Mütləq şəxsi avtomobili olmalı;
✓ Namizədin yaşayış yeri: Quba şəhəri;
Əsas vəzifə öhdəlikləri və iş barədə məlumat:
✓ Yol nəqliyyat hadisələrinə baxış keçirtmək və qəza hadisəsini yerindəcə araşdırmaq;
✓ Hadisənin foto və video çəkilişlərini aparmaq;
✓ Hadisəni rəsmiləşdirmək;
✓ Sığorta hadisəsi ilə bağlı şirkətin müvafiq proqramında məlumatları işləmək.
İş şərtləri:
Əmək haqqı: 500-600 AZN
Namizədlərdən xahiş olunur ki, mövzu başlığına vəzifənin adını tam yazmaqla CV-ni [email protected] ünvanına göndərsinlər.

Bir cavab yazın

Back to top button