19 Sentyabr 00:54

Hamid Olami: Sosial İşçilər üçün “Yanma”dan qorunma yolları

Azərbaycan Sosial İş İctimai Birliyi növbəti seminarı təqdim edir:

Sosial İşçilər üçün “Yanma”dan qorunma yolları.

Biz – sosial işçilər ehtiyacı olan insanlara kömək edirik. Bəs bizə kömək lazım olsa nə edək? Sosial iş cəmiyyətə ən lazımlı və eləcə də ən çətin peşələrdən biridir. Sosial işçilər iş zamanı Yanma Sindromuna düçar olmaq, travma almaq kimi təhlükələrlə üzləşirlər və daima risk altındadırlar. Sosial işçilər bəzən yorulurlar, işlərini çox çətin hesab edirlər və işdən bir neçə illik ayrılma ehtiyacı hiss edirlər. Özümuzu qoruma yollarını öyrənməklə işimizi həyata keçirməmişdən əvvəl özümüzü qorumaq çox vacibdir. Əgər biz özümüzü yaxşı hiss etsək, bizim klientlərimizin problemləri də daha tez və effektiv həll olunacaqdır.

Edumap.az xəbər verir ki, seminar İranlı sosial işçi, Beynəlxalq Sosial İşçilər Federasiyasının üzvü Hamid Olamidir. Cənab Olami hal-hazırda Operation Mercy beynəlxalq təşkilatında çalışır və sosial iş sahəsində geniş təcrübəyə malikdir.

Seminar sosial iş tələbələri, sosial işçilər və reabilitasiya mərkəzləri işçiləri üçün nəzərdə tutulmuşdur.
Seminar ÖDƏNİŞSİZDİR.
Seminarda iştirak üçün əvvəlcədən qeydiyyatdan keçmək mütləqdir. Qeydiyyat üçün [email protected] email ünvanına yaza, yaxud 050 6365494, 051 3635949 nömrələri vasitəsilə əlaqə saxlaya bilərsiniz.

Seminar 28 sentyabr, 2016-cı il, saat 18:00-da Azərbaycan Turizm və Menecment Universitetinin 2-ci korpusunda həyata keçiriləcəkdir.

Bəyən və paylaş

Rəylər

rəy(lər)