16 Fevral 08:21

“Hava Turizmi” layihəsi

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun VII qrant müsabiqəsi çərçivəsində maliyyələşən, “Hava və Ekstremal İdman növləri Federasiyası(FAİREX)”-nın təşkilati dəstəyi ilə “Hava Turizmi” layihəsinə start verilir.

Layihə “Paraplan” üzərində nəzəri və praktik təlimlər olaraq keçiriləcək.Təlimçi qismində FAİREX-in “Gilavar” idman klubunun rəhbəri və təcrübəli pilot Ziya Qasımov çıxış edəcək.FAİREX-in ”ClimbBaku” dırmanma mərkəzində keçiriləcək nəzəri təlimdə “Paraplan” idman növü haqqında ilkin məlumatlar veriləcək.Layihə iştirakçıları Paraplan nədir? Ondan necə istifadə olunur? Kimi suallara cavab tapacaq.Daha sonra Layihənin praktik hissəsi Şüvəlan qəsəbəsində davam etdiriləcək.Praktik təlimlərdə iştirakçılara uçuş təlimləri keçiriləcək.

Layihənin Proqramı:

21 fevral tarixində

11:30-Toplaşma(Xətai metrosunun çıxışı)

12:00-13:00-Təlimin nəzəri hissəsi

13:00-13:30-Coffee Brake

13:30-14:15-Təlimin davamı

14:15-16:00-Təlimin praktik hissəsi(Şüvəlan qəsəbəsində)

Qeyd:Bütün iştirakçılar “Xətai” metrosu qarşısından toplanılaraq nəzəri təlimlərin keçiriləcəyi “ClimbBaku” dırmanma mərkəzinə və praktik təlimlərin keçiriləcəyi “Şüvəlan” qəsəbəsinə aparılacaq.Layihə sonunda iştirakçılar “Koroğlu” metrosu qarşısında endiriləcək.İştirak ödənişsizdir.

Əlavə məlumat üçün: (012) 424 – 29 – 81

Bilal Huseynli

Bəyən və paylaş