“Hekayə danışma” adlı təlim keçiriləcək

Bu təlimdə HEKAYƏ DANIŞacağıq

Deyilənə görə, qədim zamanlarda insanlar ovdan sonra bir ocağın ətrafına yığılardılar və keçmiş günlərini, baş vermiş hadisələri müzakirə edərdilər. Min illər keçsə də belə insanların bu hekayələrə marağı hələ də azalmayıb və hətta artıb.

Müasir insan həyatının çox hissəsini ünsiyyətdə keçirir və bu ünsiyyətdə ən güclü alətlərdən birisi məhz hekayə danışmadır. Bu təlimdə biz hekayə danışmanın əsasları ilə tanış olub bəzi effektiv alətləri sınacayıq. Çox maraqlı olacaq, hazırlaşın! 

“Gənclərin şəxsi inkişafının təmin olunması və natiqlik bacarıqlarının artırılması” layihəsi çərçivəsində Toğrul Ələkbər tərəfindən “Hekayə danışma” adlı təlim keçiriləcək.

Təlimçimiz Toğrul Ələkbər – “Career Guide” şirkətini təsisçisi, “ixtisas.az” və “Xaricdə Çörək” layihələrinin rəhbəridir və 2010-ci ildən etibarən təlimçilik fəaliyyəti ilə məşğuldur.

Qeydiyyat üçün: https://forms.gle/UkpoxwBMx3m7kNtw6
Tarix: 17 sentyabr, 2020-ci il, saat 20:00

Maliyyə dəstəyi: Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası
Təşkilatçı: “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi

Bir cavab yazın

Back to top button