“Həkim-laborant” və “Laborant” vakansiyaları

Sağlam Ailə tibb mərkəzi gündüz və gecə növbəsinə “Həkim-laborant” və “Laborant” vakansiyaları elan edir: Vakant vəzifə haqqında: - Müayinələrin, avadanlıqların, işçi təlimatlarını əsas tutaraq, laborator müayinələr aparır. - Yeni laborator müayinə metodlarının işlənib hazırlanması, tətbiqi və aprobasiyasında iştirak edir. - Laborator müayinələrin aparılmasının təlimatlara uyğunluğuna, avadanlıqdan düzgün, reaktivlərdən səmərəli istifadəyə nəzarət edir. Namizədə olan tələblər: - Ali və ya orta tibbi təhsil (laboratoriya işi ixtisası üzrə); - İş təcrübəsi - 3 il; - Müasir laboratoriya avadanlıqları ilə işləmə bacarığı; - Məsuliyyətli və komandada işləmə bacarığı; Qeyd: - AR Əmək Məcəlləsinə əsasən sənədləşmə; - Əmək haqqı müsahibə əsasında razılaşdırılır; - Özü və ailə üzvlərinə tibbi xidmətlərdən istifadəyə güzəştlər; - Şirkət daxili təlim və inkişaf imkanları. Müraciət etmək üçün CV-nizi[email protected]elektron ünvanına “Həkim-laborant“ və ya “Laborant” başlığı ilə göndərməyiniz zəruridir. Müsahibəyə tələblərə uyğun hesab olunan namizədlər dəvət olunacaq.
____________________________________________________________________________________________________________________

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az