Həkim (Terapevt) vakansiyası

Vəzifə: Həkim (Terapevt)

İş yeri: Yevlax, Naftalan, Şəmkir, Şəki, Qəbələ, Şirvan, Lənkəran
İş təcrübəsi: Minumum 3 il iş təcrübəsi
Təhsil: Ali tibb təhsili
Yaş həddi: 27 – 50 yaş

Vəzifə öhdəlikləri:
– Zəruri diaqnostik, müalicə, reabilitasiya və profilaktik prosedur və tədbirlərin təşkil edilməsi və ya müstəqil surətdə aparılması;
– Stasionarda xəstəyə gündəlik baxışın keçirilməsi;
– Pasiyentin vəziyyətindən asılı olaraq müalicə planına dəyişiklik edilməsi və əlavə müayinə metodlarının zəruriliyini müəyyən etməsi;
– Müalicə-profilaktika müəssisəsinin başqa bölmələrinin həkimlərinə öz ixtisası üzrə məsləhət yardımın göstərilməsi;
– Ona tabe orta və kiçik tibb heyətinin işinə rəhbərlik edilməsi, öz vəzifə öhdəliklərinin yerinə yetirilməsində onlara kömək etməsi;
– Diaqnostik və müalicə prosedurlarının aparılmasının, alət, aparat və avadanlıqların istismarının, dərman preparatlarının səmərəli istifadəsinə, orta və kiçik tibb heyəti tərəfindən təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarına riayət edilməsinə nəzarət etməsi;
– Orta və kiçik tibb heyətinin ixtisasının artırılması üzrə məşğələlərin aparılmasında iştirak etməsi;
– Öz işinin planlaşdırılması və öz fəaliyyətinin göstəricilərini təhlil etməsi;
– Tibbi və digər sənədlərin müəyyən edilmiş qaydalara uyğun olaraq vaxtında və keyfiyyətli rəsmiləşdirilməsini təmin etməsi;
– Müəssisə rəhbərliyinin əmr, sərəncam və tapşırıqlarını peşəkar səviyyədə və vaxtında icra edilməsi;
– Qanunvericiliklə müəyyən edilmiş müddətdə işlədiyi istiqamət üzrə təkmilləşdirmə kurslarında iştirak edilməsi, mütəmadi olaraq öz ixtisasını artırılması;
– Müəyyən olunmuş qaydada sertifikasiyadan keçməsi;
– Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirməsinin təşkil edilməsi.
Tələblər:
-Praktik-Tibbi fəaliyyətlə məşğul olmaq hüququ verən sertifikasiyası imtahanından keçmək;
-MS Office komputer proqramından sərbəst istifadə etmək bacarığı.
Əmək haqqı: 1000 AZN-dək.
Təminatlar:
-İllik performans göstəricilərinə uyğun mükafat sistemi;
-Kollektiv mükafat.
İş qrafiki: Həftədə 6 gün – Əvəzçilik üzrə – günlük 3 saat

Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını yazaraq CV göndərməklə müraciət edilir.

_____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
                   Gənclərin Xəritəsi
İNSTAGRAM: @edumap.az

Related Articles