HELP (Hands-on Engineering Leadership Proqram) təlimlərinə qeydiyyat başladı

Əziz gənc!
Səni İnnovasiya və texnologiyalar sahəsində HELP (Hands-on Engineering Leadership Proqram) təlimlərində iştirak etməyə dəvət edirik! Təlimlərdə həm peşəkar, həm də həvəskar gənclər iştirak edə bilər.😊
Təlimlər aşağıdakı sahələri əhatə edir:
Robototexnika
Dron və PUA texnologiyası
Mühəndislik
İKT proqramlaşdırma
3D modelləmə
Avia modelləmə
Sən də bu sahədə yeni biliklər əldə etmək, özünü inkişaf etdirmək, təcrübə qazanmaq, işlə təmin olunmaq və karyera qurmaq arzusundasansa 10 dekabr 2021-ci il tarixinədək bizə müraciət et:
Offline müraciət - Gənclər evlərinə yaxınlaşaraq
Online müraciət - elektron qeydiyyat formasını dolduraraq və ya QR kodu skan edərək qoşula bilərsiniz.
Təlimlər 2 həftə davam edəcək.
Proqramın sonunda sertifikat əldə edən gənclər Gənclər evlərində fəaliyyət göstərən SPORTECH studiyalarında mentor olaraq işləməyə dəvət olunacaqlar.
Təlimlərdə iştirak ödənişsizdir!
Əlavə məlumat üçün:
Tel.: +994124658415

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az