7 Fevral 13:14

Helpdesk intern  vakansiyası

ABB” ASC  Helpdesk intern  vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Vəzifə öhdəlikləri:

 İstifadəçilərin kompüterlərin quraşdırılması və bərpası;
 İstifadəçilərin proqram təminatının quraşdırılması və bərpası;
 İstifadəçiyə aid olan ofis avadanlığının quraşdırılması və bərpası.

Namizədə tələblər:

 Kompüterlərin, printerlərin və sair ofis avadanlıqlarının proqram təminatı səviyyəsində bərpa etmək qabiliyyəti;
 Azərbaycan və rus dillərində şifahi və yazılı qaydada  fikirlərini düzgün ifadə etmək bacarığı.

Bu iş sizə nələri qazandıracaq:

 Bankın fəaliyyətini dərindən öyrənmək imkanı;
 Müvafiq sahədə özünüzü reallaşdırmaq imkanı;
 Təcrübəni uğurlu keçdiyiniz təqdirdə bankda işəqəbul imkanı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  15 fevral  2019-cu il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Helpdesk intern Edumap.az “ şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

Bəyən və paylaş

Rəylər

rəy(lər)