19 İyul 19:14

“Həmidə Cavanşir” adına Qızların Ədəbi İştirakı layihəsinin Audio Kitab yay müsabiqəsi

Əziz Kitab Dostu!

Həmidə Cavanşir” adına Qızların Ədəbi İştirakı layihəsi Azərbaycanda qızların rəqəmsal biliklərinin artırılması, onların vasitəsilə Azərbaycan yazıçılarının möhtəşəm əsərlərinin audio versiyasının hazırlanması, o cümlədən də qızların frilanser iqtisadiyyatı haqqında məlumatlandırılması və gələcəkdə bu biliklərdən və platformamızdan alternativ gəlir mənbəyi kimi istifadəsinə çalışır.

Biz istəyirik ki, kitablar vasitəsilə hər bir Azərbaycanlı qız həm öz təhsilinə təminat versin, həmdə öz səsi ilə digərlərinin kitablara olan marağını artırsın.

Layihənin ilk pilot təşəbbüsü hal-hazırda elan verdiyimiz ədəbi yay müsabiqəsidir. Müsabiqə Azərbaycanın mərkəz zonasından seçilmiş 10 rayonda yaşı 10-16 olan qızlar arasında keçirilir. Məqsəd seçilmiş rayonlardan olan ərizəçilərin müsabiqəyə qoşularaq həm yay aylarını səmərəli keçirməsi, həmçinin də seçdikləri kitabların audio versiyasını yaratmaqla özlərinin rəqəmsal biliklərini inkişaf etdirməsidir.

Müsabiqənin ilkin mərhələsi ərizə formalarıdır. Ərizə mərhələsində ərizəçilər özləri haqqında məlumatı və seçdikləri kitab haqqında məlumatı bizə göndərirlər. Sonrakı mərhələdə isə ərizəçilər arasından göndərilən məlumatlar əsasında seçim aparılır. Seçilmiş ərizəçilərə məlumat verilir və yalnız bundan sonra seçilmiş ərizəçilər seçdikləri kitabı hazırlamağa başlayır. Hazırlanmış kitablar sonra layihə koordinatorlarına göndərilir və dəyərləndirmə aparılır.

Layihənin sonuncu mərhələsi artıq hazır kitabların platformamızda dərc olunmasıdır. Bu zaman həm də kitabları platformada çap olunan qızların əvvəlcədən ərizə formasında göstərdikləri mükafatları və sertifikatları verilir.

Layihədə kitabları dərc olunan qızlar bundan sonra şəbəkəmizə qoşulur. Bu o deməkdir ki, təşkil etdiyimiz bütün layihə və tədbirlərdə iştirak şansı qazanır. Yaşı 18-ə çatmış və işləmə hüququ olan iştirakçılarımız isə göstərdikləri aktivliyin və kitabların keyfiyyətindən asılı olaraq gələcək illərdə platformamızın pullu əməkdaşlarına çevrilir.

Beləliklə, müsabiqədə iştirak etmək istəyirsənsə, aşağıdakı ərizə formasını doldurun və bizə göndərin. Çalışın hər bir suala cavab verəsiniz. Əgər ərizə forması haqqında hər hansı sualınız olarsa, onda bu nömrələrdən birinə zəng eləyin və ya sms yazın. Əmin olun ki, yaşadığınız rayonların aid olduğu nömrələrinə zəng edəsəniz. Müsabiqədə uğurlar!

Unutmayın, Son müraciət tarixi 30 İyuldur!

+994553719485 (Bərdə, Naftalan, Mingəçevir, Yevlax, Ucar)- Koordinator Həlima Fətullayeva
+994555987219 (Beyləqan, Kürdəmir, Saatlı, Sabirabad, Səlyan) – Koordinator Səadət Abdullayeva

Qeydiyyat

Bəyən və paylaş

Rəylər

rəy(lər)