#
11 Yanvar 19:34

“Həmin Bələdçi” işi üzrə vakansiya

1 Əjdaha Bələdçi var idi. “Boz şəhər, binalar, urbanizasiya” onun dünyası deyildi. Bütün günü təbiət eşqində idi. Dağ, meşə trekkinqlərini çox sevir, kampinqdən zövq alırdı. Samovarı kerosinsiz odlayırdı. ̶-̶1̶0̶ ̶d̶ə̶r̶ə̶c̶ə̶d̶ə̶ ̶ç̶a̶d̶ı̶r̶ ̶q̶u̶r̶u̶r̶d̶u̶.̶ ̶Ə̶l̶c̶ə̶k̶s̶i̶z̶.̶ ̶ ̶B̶u̶ ̶l̶a̶p̶ ̶a̶ğ̶ ̶o̶l̶d̶u̶.̶ ̶S̶i̶l̶ ̶b̶u̶n̶u̶.̶ ̶

Tam ekipajlı səyahət çantasını 6 dəqiqə 17 saniyəyə yığırdı. Dağçılıq, kampinq ləvazimatlarını yaxşı tanıyırdı. Ömrü boyu Avtostop etməyi arzu edirdi amma “dost-tanış nə deyər” deyə qalmışdı.

İngilis və rus dillərini “qrupu sağ-salamat aparıb gətirəcək” səviyyədə bilirdi. Komanda ruhu var idi. Bəzən lider, bəzən komanda üzvü kimi. Velosiped sürməyi çox sevirdi. Bungee Jumpingi, Sörfinqi də çox sevirdi amma elə sevgi olaraq qalmışdı. Avropanı deyil, Asiyanı, Cənubi Amerikanı görmək üçün alışıb yanırdı.

20-30 yaşı olardı. Nolanın filmlərini sevir, Zimmer musiqilərindən zövq alırdı. Facebookda Profil Fotosu Elon Musk deyildi. Heç Mişel Obama da deyildi. Sadə bələdçi idi. Azərbaycanın rayonlarını, Bakının kəndlərini tanıyırdı. Ən azından ətraf ölkələrdə olmuşdu. Özü də Gəzəyənlər qrupuna üzv idi.

500 Manat maaş istəyirdi. Bonus da olsa pis olmaz deyirdi.

Tanıyanlardan xahiş olunur, kömək etsin, o ƏJDAHAnı tapaq. Fevralın 22-sinə kimi vaxtımız var. Kim tapsa, CV-sini və Bələdçi Eşqi məktubunu “Həmin Bələdçi” başlığı ilə [email protected] email ünvanına göndərsin.

Bəyən və paylaş

Rəylər

rəy(lər)