24 Aprel 14:33

“Gənc kimyaçılar elmdə”  respublika müsabiqəsi

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti “Gənc kimyaçılar elmdə”  respublika müsabiqəsini elan edir

D.Mendeleyevin Dövri cədvəlinin yaradılmasının 150 illik yubileyi ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti “Gənc kimyaçılar elmdə” respublika müsabiqəsini elan edir.

AMEA-nın həqiqi və müxbir üzvləri, habelə Azərbaycan Respublikasının elmi və ali təhsil müəssisələrinin elmi şuraları tərəfindən irəli sürülən və yaşı 35-dək olan gənc kimyaçılar müsabiqədə iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək üçün aşağıdakı sənədlər 2019-cu il mayın 25-dək AMEA-nın Kimya Elmləri Bölməsinə (Bakı ş., İstiqlaliyyət küç., 30, 4-cü mərtəbə, 403-cü otaq) təqdim edilməlidir:

– AMEA prezidentinin adına ərizə;
–  Namizədin irəli sürülməsi haqqında təqdimat (təqdimatda namizəd və onun elmi nailiyyətləri haqqında ətraflı məlumat) və ya Elmi Şuranın protokolundan çıxarış;
– elmi əsərlərin təsdiq olunmuş siyahısı;
– elmi tədbirlərdə, müsabiqələrdə və s. iştirakla bağlı sənədlərin surəti;
– şəxsi məlumatlar (CV).

Qaliblərin mükafatlandırılması, onların hər birinə müvafiq diplom verilməklə aşağıdakı qaydada aparılacaq:
I yer – 1000 manat;
II yer – 700 manat;
III yer – 500 manat.

Əlavə məlumat üçün AMEA-nın Kimya Elmləri Bölməsinə müraciət etmək olar.

Tel.: (+994 12) 492 15 56; e-mail: [email protected]

Azərbaycan Milli Elmlər Akademiyasının

Rəyasət Heyəti
Bəyən və paylaş