16 Dekabr 14:45

“Həqq məndədir” adlı solo konserti keçiriləcək

Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Mərkəzində 21 dekabr saat 19.00-da bəstəkar və müğənni Sevinc Ağasıyevanın “Nəsimi ili”nə həsr edilən “Həqq məndədir” adlı solo konserti olacaq.

Əməkdar artist, tarzən Şəhriyar İmanov, bədii qiraət ustası Xəzər Süleymanlının da iştirak edəcəyi konsertdə Tofiq Quliyev, Süleyman Ələsgərov və Sevinc Ağasıyevanın İmadəddin Nəsiminin qəzəllərinə bəstələnən mahnıları səslənəcək və dahi şairin qəzəlləri oxunacaq.

Tədbirdə musiqisi tanınmış kamança ifaçısı Mark Eliyahu, sözləri Nəsimiyə aid olan və Sevinc Ağasıyeva tərəfindən ifa ediləcək “Etməgil” mahnısının klipi də təqdim olunacaq.

Giriş sərbəstdir.

Qeyd edək ki, konsert Azərbaycanın “Mədəniyyət” televiziya kanalı tərəfindən lentə alınacaq və bir neçə günə bütün tamaşaçıların ixtiyarına veriləcək.

Bəyən və paylaş