24 Oktyabr 23:27

“Hərəkətə Başla və Dəyişikliyin mənbəyi ol…”

“Hərəkətə Başla və Dəyişikliyin mənbəyi ol…”
Siyasət və müzakirələrə olan maraqlarınızı professional mühitdə ortaya qoymağa hazırsınız? Binəqədi Gənclər evinin təşəbbüsü ilə #BGEMUN klubunun 23-24 Noyabr tarixində həyata keçirəcəyi Birləşmiş Millətlər Təşkilatının Modelinə hamınız dəvətlisiniz!
Birləşmiş Millətlər Təşkilatı Modeli (Model UN) gənclər üçün özünü diplomat və səfir rollarında sınamaq, beynəlxalq münasibətlər sahəsini daha yaxından öyrənmək, müvafiq bilik və bacarıqlarını artırmaq fürsəti yaradan qeyri-formal təhsil növü və simulyasiya oyunudur. Siz də bu simulyasiyada özünüzü sınamaq üçün oxumağa davam edin.
Komitələr:
1. Təhlükəsizlik şurası: Yəmən Vətəndaş Müharibəsi
2. Baş Assembleya: Qaçqın və miqrantların mühafizəsi
3. UNWomen: Qadınlara zorakılığın qarşısının alınması.
🗣Aşağıdakı link vasitəsilə QEYDIYYATdan keçə bilərsiniz: https://forms.gle/hGW4gdLWX2yi3mPX8
Son qeydiyyat tarixi: 28.10.2019, 19:00
Ünvan: Binəqədi Gənclər Evi  (Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi 13/37)
Email ünvanı: [email protected]
Bəyən və paylaş

Rəylər

rəy(lər)