Cümə, 22 Avqust, 2025

Hesabatlıq şöbəsinə aparıcı mütəxəssis vakansiyası


  • Dərc edildi: 10 Dekabr, 2021 - 07:53
Hesabatlıq şöbəsinə aparıcı mütəxəssis vakansiyası

Expressbank Maliyyə departamentininHesabatlıq şöbəsinə aparıcı mütəxəssis axtarışındadır! Hansı namizədlər bizim diqqətimizi çəkə bilər? Ali iqtisadi təhsilli; Mükəmməl Microsoft Office proqramları bilənlər; Analoji sahədə 1 il iş təcrübəsi olanlar; Bilavasitə bu vəzifə təlimatı üzrə nəzərdə tutulan işlərin yerinə yetirilməsində əsas sayılan qanunvericilik və Mərkəzi Bankın normativ sənədlərinin,eləcə də,bankdaxili normativ sənədlərin tələblərini mükəmməl bilən və işində rəhbər tutanlar; Operativ, işə yüksək enerji ilə və həvəslə yanaşan pozitiv namizədlər. İşdə hansı öhdəliklər sizi gözləyir? Hesabatlıq şöbəsinin işinin aparılmasına və tənzimlənməsinə riayət etmək; Nəzarət edici orqanlara (Mərkəzi Bank,ADİF vəs.) hesabatlar hazırlamaq; Daxili tələbat üçün hesabatları tərtib etmək və hazırlamaq; Digər təşkilatlara (digər banklar və s.) təqdim edilməsi üçün hesabatlar hazırlamaq; İnformasiya vasitələrinə açıqlanmaq üçün hesabatlar hazırlamaq; Hesabatlıq sisteminin təkmilləşdirilməsi ilə bağlı şöbə müdirinə təkliflər vermək; Hesabatlıq sisteminə təsir edəbiləcək səhvlər barədə şöbə müdirini xəbərdar etmək; Digər struktur bölmələrinin şöbəyə ünvanlanan sorğularını cavablandırmaq; Şöbə müdiri tərəfindən qarşıya qoyulmuş digər tapşırıqları yerinə yetirmək. Tələblərə cavab verən namizədlər🦸‍♂️ öz CV-lərini müvafiq başlıq ilə[email protected]mail ünvanına göndərə bilər

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 23:21 269
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 61
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7159
Sumqayıt Dövlət Univ...