20 Aprel 19:01

“Heydər Əliyev şəxsiyyəti multikultural və tolerant dəyərlər işığında”

 

Azərbaycan  Respublikasının  Dini  Qurumlarla  İş üzrə Dövlət  Komitəsi

 dini icmalar arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü  münasibətilə

“Heydər  Əliyev  şəxsiyyəti  multikultural  və  tolerant  dəyərlər  işığında” mövzusundakı   məqalə   müsabiqəsi

 

İştirakçı  haqqında:

Əsgərova  Nərmin

Azərbaycan  Əmək və  Sosial  Münasibətlər  Akademiyası

“İqtisadiyyat və İnzibati İdarəetmə” fakültəsi, “Dövlət  və  Bələdiyyə İdarəetmə”  ixtisası

II  kurs  tələbəsi

Bakı, 03 mart-20 aprel, 2016-cı  il

“Heydər  Əliyev  şəxsiyyəti  multikultural  və  tolerant  dəyərlər  işığında”

 

Bir  gənc  kimi  qeyd  etmək  istəyirəm  ki,  son  illərdə  dünya  dövlətləri  arasında  iqtisadi  və  siyasi  maraqların  toqquşması  zəmnində  siyasi  xəritədə  yaranan  “qaynar  ocaqlar”  yerli  sabitliyi  pozur,  gərginlik  yaradır. Seperatçı  qüvvələrin  dini  qorumaq  adı  altında  törətdikləri,  insan  tələfatları  ilə   nəticələnən   ağır  mənəvi-psixoloji,  sosial  vəziyyət  insanları  narahat  edir. Onlar  öz   işlərinə -fəlaiyyətlərinə   müəyyən    bəraət   qazandırmaq  məqsədilə  dini  önə  çəkirlər  və  bu  din  haqqında  yalnış  fikirlər  yaradır, insanlarda  çaşqınlığa  səbəb  olur.    Ən əsası  isə  bütün  bu  “qaynar  ocaqlar”-da  mövcud  gərginlik,  iqtisadi  və  sosial  çətin həyat şəraiti insanların mənəvi, psixoloji  cəhətdən fikirlərinin                         qeyri-sağlamlaşmasına,  əhalidə   mənəvi  neqativ  düşüncələrin  toxumların  səpilməsinə, onlarda   sivilizasiyalarası   münasibətlərdə   irqi,  dini  fikir  ayrılıqlarına    şərait   yaradır.  Dünya  üzrə  sosial, iqtisadi, psixoloji  və  b  bu  kimi  istiqamətlərdə  mənfi  hallar  yaşanmasına  səbəb  olur.

Hal-hazırda   demoqrafik  vəziyyətin pozulması,  ekoloji  balansın  sıradan  çıxması,  ərzaq  təhlükəsizliyi,   resurslardan  son  dərəcə  səmərəli  və  qənaətlə  istifadə  metodlarının  araşdırılması,  enerjiyə  qənaət  və  başqa  bu  kimi  meyarlar  üzərində  dövlətlər  arasında  zidd  fikir   və  qərarlar    cəmiyyət  üçün   ən  mühüm  dəyərlərin   zəifləməsinə,  bəzən  unudumasına,  bir  çox  hallarda  da  dəyişikliklərə  məruz  qalmasına,  insanların – icitimaiyyətin  əxlaq,  mənəviyyat  və  etik  cəhətdən  düşüncələrinin  zədələnməsinə  təkan  verir.

Fikrimcə,  cəmiyyətin  belə  bir  həssas  mövzuda  yalnış  fikirlərə  qapılması  gələcəkdə  çox  ciddi   sosial-ictimai  problemlərə  yol  açacaq. Biz  indi  də  bu istiqamətdə  müxtəlif  məzmunlu   mənfi  hadisələrilə  əyani  və  KİV  vasitəsilə  şahidi  oluruq.  Belə  ağır  vəziyyətin  mövcud  olduğu  zamanda  din və  mədəniyyətlərarası   daloqlar  aparmaq  öz  müsbət  nəticəsini  verə bilər.

Respublikamız  bu  gün  milli  dəyərlərin qorunub-saxlanması  istiqamətində,  onların   təbliğində,  həmçinin  ölkədə  yaşayan  azsaylı  xalqların  və   etnik  qrupların   nümayəndələrinin   öz  milli  ənənələrinin,  dini  etiqadlarının,  onların humanist  fikirlərinin   müdafiəsi  istiqamtində  dünyada  nümunəvi  tolerant  ölkə  kimi  öz  təsdiqini  tapmışdır. İstər  Qərb,  istərsə  də  Şərq  dövlət  başçıları  öz  diplomatik  görüşlərində   Azərbaycanın   tolerant  ölkə  kimi  digər  dövlətlərə  əsl  nümunə  olduğunu  etiraf  edirlər.

Multikulturalizm eyni bir ölkədə yaşayan müxtəlif xalqların nümayəndələrinin mədəniyyət hüquqlarını tanıyan humanist dünyagörüşü və ona uyğun olan siyasətdir. O, ayrıca götürülmüş ölkədə və bütövlükdə dünyada müxtəlif millətlərə və məzhəblərə məxsus insanların mədəni müxtəlifliklərinin qorunması, inkişafı və harmonizasiyasına, azsaylı xalqların dövlətlərin milli mədəniyyətinə inteqrasiyasına yönəldilib. Humanist və demokratik nəzəriyyə, yaxud  ideologiya  olaraq  multikulturalizm,  tolerantlığın əlamətidir ki, onsuz humanizm, yüksək  fərdi və beynəlxalq münasibətlərin mədəniyyəti, insanlar arasında  qarşılıqlı  anlaşma, dostluq və əməkdaşlıq mümkün deyil.            Multikulturalizm  mədəniyyətlərin  və sivilizasiyaların dialoqu  üçün  çox  vacibdir.
Azərbaycan multikulturalizm mövzusunda çox yaxşı modelidir.  Əgər  dövlətlərin   multukulturalizm  siyasəti  olmazsa  onlar  sabit  inkişaf  edə bilməzlər.  Bunun  sübutlarından  biri Azərbaycanın  inkişafıdır  ki, burada   müxtəlif  milli mədəniyyətlərə  malik  xalqaların  insanları  sülh  və  bərabərlik  şəraitində  təhlükəsiz  və  rahat  yaşaya  bilirlər.  Multikulturalizm  olmazsa,   bütün  dünyada   getdikcə  artan  anlaşılmazlığa,  fobiyaya,   qarşıdurmaya,  milli və dini münaqişələrə aparan yoldur.
Mədəniyyətlərin  və  dinlərin   harmoniyası  sayəsində Azərbaycan həmişə müxtəlif etnosların nümayəndələrinin mədəniyyətləri və dinlərinin inteqrasiya məkanına çevrilib. Müsəlman, xristian və yəhudi əhalisinin nümayəndələri arasındakı   tolerant və  dostluq  münasibətləri  Azərbaycan  xalqının  humanist ruhi mədəniyyəti üçün hər zaman xarakterik olub.

Tolerantlıq  mövzusunda  ölkəmizdə  bir  çox  tədbirlər  həyata   keçirilib  və bu  hal-hazırda  da  davam  edir. Belə  ki,  “İslam  sivilizasiyası  Qafqazda”  mövzusunda Beynəlxalq simpoziumda Azərbaycan  Prezidenti  Heydər  Əliyev  demişdir  ki: “Dünyada bir çox böyük dinlər  mövcuddur. Hər  dinin  özünəməxsus  yeri  var. Biz  azərbaycanlılar  islam dini  ilə  fəxr  edərək,  eyni  zamanda  heç  vaxt başqa dinlərə  qarşı mənfi münasibət  göstərməmişik,  düşmənçilik  etməmişik, ədavət  aparmamışıq  və  heç bir başqa xalqı da öz dinimizə itaət etməyə məcbur etməmişik. Ümumiyyətlə, başqa  dinlərə   dözümlülük, başqa  dinlərlə  yanaşı  və  qarşılıqlı anlaşma şəraitində  yaşamaq islam dəyərlərinin xüsusiyyətidir. Bu, tarix boyu Azərbaycanda da, Qafqazda da öz əksini tapıbdır. Azərbaycanda islam dini ilə yanaşı  xristian  dini də, yəhudi  dini  də əsrlər boyu  yaşayıb  və  indi  də yaşayır. Qafqazda da bu mənzərə var. Hesab edirik ki, insanlar hansı dinə, hansı mədəniyyətə mənsubluğundan asılı olmayaraq, bütün başqa mədəniyyətlərə, dinlərə, mənəvi  dəyərlərə də  hörmət etməli, o dinlərin bəzən kiməsə xoş gəlməyən  adət-ənənələrinə  dözümlü  olmalıdırlar”.

26 noyabr 2003-cü il tarixdə Moskva şəhərində keçirilən cənubi Qafqaz ölkələri və Rusiyanın dini liderlərinin görüşünü müsbət qiymətləndirmək olar. Adı çəkilən tarixi görüş müvafiq sənədin qəbulu ilə yekunlaşmışdır. Bu sənəddə qeyd edilmişdir ki, Qafqaz xalqları arasında inamın bərpa olunması üçün “milli azlıqları ictimai həyatın bütün sahələrinə inteqrasiya etmək, onların dini əqidə azadlığını təmin etmək, öz mədəniyyət və dillərinin inkişaf etməsinə imkan vermək lazımdır”.

Azərbaycanda  dinlərarası  dialoqun  inkişafı  sahəsində  sabiq  Roma  Papası II İoann Pavelin respublikamızın dini xadimlərindən ibarət nümayəndə heyəti ilə keçirdiyi görüş əlamətdar hadisə olmuşdur. 18 noyabr  2004-cü il tarixdə Vatikanda  keçirilən  görüşdə  pontifik  Azərbaycandakı  dini konfessiyalar arasında  mövcud  olan münasibətləri yüksək qiymətləndirmişdi  və  Qafqazda davam  edən  qanlı  münaqişələr  ilə  əlaqədər  öz  təəssüfünü  bildirmişdi. O  bəyan etmişdi: “Heç kimə ixtiyar  verilməyib ki, dinləri  dözümsüzlük  aləti, təcavüz, zorakarlıq  və  qətllər  üçün  vasitə  kimi  təqdim  etsin və  ya  onlardan istifadə etsin. Əksinə,  dinlərin  dostluğu  və  qarşılıqlı  ehtiramı  əsl  tərəqqi və  sülhün  zəngin  mənbəyini  təşkil edir”. Respublikada multikulturalizm bir kampaniya deyil, Azərbaycan dövlətinin milli-mənəvi, ümumbəşəri , humanist  dəyərlərə söykənən siyasi kursu davamlı və ardıcıldır.
Multikulturalizm bir ideya və termin kimi ilk dəfə Qərbdə, Avropada dövriyyəyə çıxarılsa da və son dövrlərdə bu ideyadan geriçəkilmələrə yol verilsə də, Azərbaycan mühitində bu sahə artıq cəmiyyətin əxlaq kateqoriyasına çevrilib. Dövlət  bu sahədə yarana biləcək problemlərə qarşı qabaqlayıcı tədbirləri yubanmadan  həyata  keçirməkdədir.  Dünyanın  müxtəlif  bölgələrində din və milli zəmində  baş  verən  qarşıdurma  və münaqışələr,  dini  konfessiyaların, təriqətlərin, institutların  cəmiyyətin  siyasi  həyatına, ayrı-ayrı dövlətlərin idarəçilik sisteminə təsir göstərmək cəhdləri bu  gün  də  din-dövlət  münasibətlərini gündəmdə saxlayır və ictimai müzakirəsini aktuallaşdırır.
Bu baxımdan ölkədə son tədbir 2014-cü il mart ayının 7-də Bakıda Beynəlxalq Media Mərkəzində“ Dini etiqad azadlığı,  missionerlik  fəaliyyəti  və media” mövzusunda keçirilən konfrans oldu. Milli  Məclis deputatlarının, aparıcı KİV başçılarının, alimlərin, ictimaiyyət  nümayəndələrinin iştirak etdiyi konfransda Azərbaycan Respublikası Prezidenti Administrasiyası  İctimai-siyası  məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxış edərək ilk baxışdan narahatçılığa  səbəb ola  biləcək bir  çox  dini  baxışlara aydınlıq gətirdi. Şöbə müdiri din-dövlət münasibətlərinin hüquqi əsasları, dini ibadət azadlığından və multkulturalist mühitdən sui-istifadə halları ilə mübarizə,  medianın və jurnalistlərin vəziflərindən ətraflı söz açdı. Bildirildi ki, müasir dünya cəmiyyətlərinin ən mütərəqqi dəyərlərindən biri hesab olunan dini tolerantlıq mühiti Azərbaycan  cəmiyyətinin nümunəvi birgəyaşayış normasına çevrilib.
Hazırda  ölkəmizdə  keçirilən  çoxsaylı  beynəlxalq  tədbirlərdə  dünyada milli və dini  tolerantlığın  gücləndirilməsi, mutikulturalist   dəyərlərin  təbliği, dini zəmində ekstremizmə və ayrıseçkiliyə qarşı birgə mübarizə yollarının araşdırılması, fərqli  dinlərin  və  mədəniyyətlərin  daşıyıcısı  olan  insanlar arasında  dialoq  və qarşılıqlı anlaşmanın   bərqərar  edilməsi  və s. aktual məsələlər  çox  geniş müzakirə olunur. Amma Azərbaycanın sürətli inkişafı, ölkədəki  stabillik  və   sabitlik, vətəndaş həmrəyliyi, dini və milli tolerantlıq mühiti bəzi daxili qrupların və xarici qüvvələrin, müəyyən əcnəbi dairələrin qıcıqlandırır,  bu  onların  xoşuna  gəlmir.. Azərbaycan  dövləti  isə  buna müvafiq olaraq ölkədəki dini ibadət azadlığından və multikulturalist mühitindən sui-istifaədə etməyə cəhd edən  müxəlif  təriqətlərin,  missioner   təşkilatların  anti-milli  fəaliyyətinə  qarşı qəti və barışmaz möqe nümayiş etdirir.

Ümummilli lider Heydər Əliyevin siyasi iradəsi nəticəsində Azərbaycan  tarixən  sahib olduğu tolerantlıq və multikulturalizm ənənələrini hüquqi və siyasi müstəvidə yenidən bərpa etdi. Heydər Əliyev Azərbaycanın  gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçdi və öz uzaqgörən, müdrik siyasəti ilə əsrlər boyu formalaşan çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirərək onu keyfiyyətcə yeni mərhələyə qaldırdı. Ulu Öndər Azərbaycan multikulturalizminin   siyasi  banisidir. Heydər  Əliyevin  təşəbbüsü və göstərişi ilə milli azlıqların ədəbiyyat, mədəniyyət, dil, tarix, adət-ənənələrinin qorunub saxlanmasına, inkişaf  etdirilməsinə  qanuni zəmin yaradıldı. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci  maddəsi  ilə  mənşəyindən, irqindən, dinindən və dilindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarına  hörmət təmin olundu. Ulu Öndərin hakimiyyətə gəlməsindən  sonra  qəbul  edilən bir çox qanunlarda  Azərbaycan  ərazisində  yaşayan bütün milli azlıqların mədəni kimliyinə təminat verildi. Ümummilli Liderin Azərbaycanda milli azlıqlarla bağlı siyasəti beynəlxalq qurumlar tərəfindən də hər zaman müsbət qarşılanıb.

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin  qorunması  sahəsində  həyata  keçirilən siyasi istiqamət hazırda Prezident  İlham  Əliyev  tərəfindən davam və inkişaf etdirilir. Dövlətimizin başçısının IV Bakı Beynəlxalq Humanitar Forumunda dediyi kimi “Multikulturalizmin müasir dünyada alternativi yoxdur. Çünki dünya ölkələrinin mütləq əksəriyyəti  çoxmillətli  ölkələrdir. Əgər multikulturalizm iflasa uğrayıbsa, onda bunun alternativi nə ola bilər? Bu da çox aydındır. Bu, ayrı-seçkilikdir, irqçilikdir, ksenofobiyadır, islamofobiyadır, antisemitizmdir”.

Ölkəmizin və xalqımızın sahib olduğu multikultural dəyərlərin, tolerantlıq ənənələrinin beynəlxalq ictimaiyyətə təqdim edilməsində Azərbaycan dövləti ilə yanaşı, dünyada maddi və qeyri-maddi  irsin  qorunmasında və təbliğində mühüm işlər görən Heydər Əliyev Fondunun da böyük əməyi var. Bu gün Heydər Əliyev Fondu Azərbaycan  multikultural  ənənələrinin  qorunub  saxlanması, təbliği ilə bağlı olduqca əhəmiyyətli  layihələr  həyata keçirir. Bu  layihələr Azərbaycan multikulturalizminin  bir ölkə  çərçivəsində  qapalı  inkişafını  deyil, dünyada dinlərin və  mədəniyyətlərin  müxtəliflikləri  şəraitində  fəaliyyət  göstərməsini  reallaşdırır.

Azərbaycanda dövlət-din münasibətlərinin düzgün qurulmasında, respublikada dini əmin-amanlığın və sabitliyin yaranmasında Ümummilli lider Heydər Əliyevin mühüm rol oynayır. Azərbaycan qədim dini ənənələrə və mədəniyyətə  malik bir ölkədir.  Azərbaycan dini əmin-amanlığa  və sabitliyə ilham verən örnəkdir. Bunun əsası Azərbaycan Prezidenti  Heydər  Əliyevin müdrik siyasəti sayəsində qoyulmuşdur. Dünyəvi hakimiyyət və ənənəvi dini icmaların konstruktiv fəaliyyəti və qarşılıqlı ünsiyyəti nəticəsində yaranmış dövlət-din münasibətlərinin nadir modeli Azərbaycan Respublikasında öz əksini tapmışdır. Belə zənn edirəm ki, bu sahədə Azərbaycanda toplanmış təcrübə diqqətlə  öyrənilməli və təhlil olunmalıdır”.

1997-ci ildə  gürcü  yəhudilərinin  sinaqoqu  bərpa edilmişdir. Ümumiyyətlə, Azərbaycan  müstəqillik  əldə  etdikdən  sonra buradakı yəhudi icmaları beynəlxalq  yəhudi  təşkilatları ilə  əlaqələrini möhkəmlətmiş, öz  dini məktəblərini, mədəniyyət mərkəzlərini, cəmiyyətlərini, qəzetlərini yaratmışlar. 2003-cü il martın 9-da Bakıda yeni yəhudi sinaqoqu açılmışdır. Bu, hazırda da Avropada ən böyük sinaqoqdur.

Azərbaycanda  dini tolerantlığın formalaşmasında Heydər Əliyevin xidmətini yüksək dəyərləndirən Ümumgürcüstan Katalikos Patriarxı II İlya Azərbaycanda mövcud olan dini tolerantlıqdan və bu sahədə də Heydər Əliyevin və onun davamçılarının xidmətindən bəhs edərək demişdir:  “Bu gün Azərbaycanda  mövcud  olan tolerant mühitin formalaşmasında Heydər Əlirza oğlu Əliyevin xidməti böyükdür. Azərbaycanın öz ənənəvi dəyərlərini qoruyub saxlamaqla müasir dünyanın çağırışlarına  ləyaqətli cavab verə bilməsi şəxsən onun və onun davamçılarının  müdrik və uzaqgörən siyasətinin nəticəsidir”.

Azərbaycanın dinlərarası dialoq və əməkdaşlıq sahəsində nadir təcrübəsi ölkə xaricində  də  yüksək qiymətləndirilmiş və tanınmışdır. Bunun bariz nümunəsi kimi Roma-katolik  Kilsəsinin başçısı  II İohann Pavel 2003-cü ilin mayında Bakıda olarkən dediyi fikirləri xatırlatmaq kifayətdir: “Azərbaycan üç müxtəlif dinin dinc yanaşı yaşadığı nadir bir ölkə və dini dözümlülük baxımından sabit cəmiyyətdir. Bu stabillik gərgin əməyin, ölçülüb-biçilmiş çox incə bir siyasətin və möhkəm  iradənin  nəticəsidir. Bu milli adət-ənənələrə, mənəvi-dini dəyərlərə ölkə rəhbərliyinin  münasibəti  fonunda yaranmış əlverişli şəraitin təbii təzahürüdür”. Azərbaycanda dövlətin din siyasətinin həyata keçirilməsini təmin etmək məqsədilə ulu  öndər  Heydər  Əliyevin təşəbbüsü ilə 2001-ci ilin iyun ayında Dini Qurumlarla İş  üzrə  Dövlət Komitəsi  yaradılmışdır. Komitə ölkəmizdə mövcud olan dini strukturların fəaliyyətinin tənzimlənməsi və dövlətin din siyasəti sahəsində müxtəlif funksiyalarını yerinə yetirir.

Milli  dəyərlərimizin  qorunması və  gələcək  nəsillərə  çatdırılması  bu gün də öz aktuallığını qoruyub saxlayır. Çünki bu dəyərlərin xalqımızın formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır. Bu gün milli dəyərlərimiz elliklə, bütün xalq tərəfindən, dövlətin öz himayəsi altında qorunur və daha da inkişaf etdirilir.

Azərbaycan  öz  mədəniyyəti, tarixi, adət-ənələri ilə fəxr etməyə layiq           az sayda dövlətlərdən biridir. Tolerantlığın dövlət strategiyası olaraq əsasını ümummilli lider Heydər Əliyev qoymuş, bu zəngin ənənə hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik ənənələrinin layiqli davamçısı olduğunu əməli addımları ilə sübuta yetirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli-mənəvi dəyərlərimizin qorunmasına və inkişafına çox mühüm diqqət və qayğı göstərir.Azərbaycanda dini və milli tolerantlığın tarixən mövcud olduğunu və bu tolerantlığın indiyə kimi qorunub saxlanılmasında Azərbaycan xalqının və İslam dininin misilsiz rol oynadığını vurğulayan   Prezident İlham Əliyev bu fikri aşağıdakı kimi şərh etmişdir: “Tarixən dünya dinlərinin yayıldığı və dinc yanaşı fəaliyyət göstərdiyi qədim Azərbaycan torpağında yüz illərlə qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni və dini münasibətlər sistemi formalaşmışdır. Diqqətəlayiq faktdır ki, ölkəmizdə həmişə yüksək tolerantlıq mühiti hökm sürmüş, heç vaxt milli və dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməmişdir. Ayrı-ayrı etiqad və inanclara malik etnosların əsrlərlə əmin-amanlıq şəraitində yaşamasında, etnik-mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanılmasında Azərbaycan xalqının və İslam dininin misilsiz tarixi rolu danılmazdır”.

Prezident İlham Əliyev son 12 ildə tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin dirçəldilməsi, xüsusən də, dini ziyarətgahların əsaslı təmiri və yenidən qurulmasına xüsusi diqqət ayırmışdır. Maddi-mədəniyyət abidələrinin bərpası və mühafizəsini daim diqqət mərkəzində saxlayan dövlət başçısının sərəncamları ilə son bir neçə ildə qədim tarixi abidələrin, ziyarətgahların bərpası ilə bağlı görülən silsilə tədbirlər dini-mənəvi dəyərlərə verilən yüksək qiymətin göstəricisidir. Prezident İlham Əliyevin xalqımızın dini dəyərlərinə, müxtəlif dinlərə və sivilizasiyalara hörmətlə yanaşması, milli-mənəvi dəyərlərə həssas münasibətin dövlət siyasətinin mühüm prioritetlərindən birinə çevrilməsi, ölkədə güclü tolerantlıq ənənələrinin getdikcə daha da möhkəmləndirilməsi Azərbaycanı dünyada multikulturalizmin əsas mərkəzinə çevirmişdir. Dini, mədəni və tarixi abidələrin bərpasına, onların yenidən xalqın qan yaddaşına qaytarılmasına həssaslıqla yanaşan, bu sahədə həyata keçirilən layihələrə ciddi dəstək verən Prezident İlham Əliyevin son illərdə bir çox dini abidələrin bərpası ilə bağlı imzaladığı sərəncamlar, verdiyi tapşırıqlar artıq ölkəmizdə mövcud olan milli mənəvi dəyərlər sisteminin ayrılmaz hissəsinə çevrilmişdir. Bunun nəticəsidir ki, son illərdə Təzəpir, Bibiheybət, Əjdərbəy məscidlərində geniş tikinti və yenidənqurma işləri həyata keçirilmişdir. Hazırda Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, Gəncədəki İmamzadə kompleksində təmir-bərpa işləri aparılır. Azərbaycan və Şərq memarlığının nadir incilərindən olan Şamaxı Cümə məscidi artıq dindarların istifadəsinə verilmişdir. Bütün bunlar bir daha göstərir ki, Prezident  İlham  Əliyev tarixi keçmişimizin unudulmasına imkan vermir və çalışır ki, gələcək nəsillər xalqımızın milli mənəvi dünyasına daha çox bağlı olsunlar.

Ötən ilin dekabr ayında Qafqazın ən böyük məscidi–memarlığında İslam dininin möhtəşəmliyini, bununla bərabər, Azərbaycanın milli, dini ənənələrə sadiqliyini nümayiş etdirən  Heydər məscidinin açılışı olmuşdur. Açılışda ölkəmizin hər bir rayonundan gələn dindarlar, ictimai xadimlər, Şimali Qafqaz müftiləri də iştirak etmişlər. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti çıxış edərək, tikinti işlərinin gedişatı və digər məqamlara toxunmuş, bu məscidin müsəlmanların birliyini təsdiq edə biləcək bir simvola çevriləcəyini qeyd etmişdir. Hazırda ölkəmizdə 2 mindən artıq məscid var. Son 11 il ərzində isə 140-a yaxın məscid tikilmiş, 80 məscid isə əsaslı təmir edilmişdir.

Ölkəmizdə dini zəmində münaqişələrin olmaması insanların sərbəst olaraq öz əqidə formasını seçməsi, dini dözümlülük və tolerantlıq şəraitinin yaradılması, bu uğurların bir çox beynəlxalq təşkilatlar, dünyada nüfuzlu din xadimləri və böyük ölkələr tərəfindən etiraf olunması ümummilli lider Heydər Əliyevin dini sahədə balanslaşdırılmış siyasətinin bu gün uğurla davam etdirilməsinin nəticəsidir.

Respublikamız müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə din və mədəniyyətlə bağlı çoxsaylı beynəlxalq konfransların keçirilməsi və dini tolerantlıq sahəsində Azərbaycanın başqa ölkələr üçün nümunə olması, elmi-nəzəri və praktiki əhəmiyyət kəsb edən bu konfranslarda dini tolerantlıqla bağlı yeni müddəaların hazırlanıb təşviq edilməsi olmuşdur. Bu tədbirlərə misal olaraq:“İslam sivilizasiyası Qafqazda”. Beynəlxalq elmi-praktik konfransı (10 dekabr 1998);  Azərbaycanda fəaliyyət göstərən dini icma başçıları ilə ulu öndər H.Əliyevin geniş miqyaslı görüşü (16 noyabr 1999); “Demokratik cəmiyyətdə dinin və əqidənin rolu: terrorizm və ekstremizmə qarşı mübarizə yollarının araşdırılması”. Beynəlxalq elmi-praktik konfransı (10-11 oktyabr 2002);

“Heydər Əliyev və Azərbaycanda din siyasəti: gerçəkliklər və perspektivlər”.Beynəlxalq elmi-praktik konfransı (3-4 aprel 2007); Dünya dini liderlərinin Bakı sammiti(26 aprel 2010); “Dəyişən dünyada tolerantlığın gücləndirilməsi”. I Beynəlxalq Bakı Forumu (19-21 dekabr 2012); “Mədəniyyətlərarası dialoq: mədəniyyət və din arasında qarşılıqlı əlaqə” mövzusunda 2014-cü il mədəniyyətlərarası dialoqun dini ölçüsü  üzrə Avropa Şurasının mübadilə görüşü (1-2 sentyabr 2014); “Dinlərarası qarşılıqlı anlaşma: birgəyaşayışın modelləri”. Azərbaycanın dini tolerantlıq modelinə həsr olunmuş Beynəlxalq konfransı (UNESCO 14 noyabr 2014); “Dini tolerantlığın möhkəmləndirilməsi (Azərbaycan modeli, ATƏT regionu və onun hüdudlarından kənarda çağırışlar)” Beynəlxalq konfransı (17-18 noyabr 2014); “İslam ənənəli dövlətlərdə dini birgəyaşayış. Müsəlman ölkəsində müxtəlif dinlərin yanaşı mövcudluğu: Azərbaycan təcrübəsi” Beynəlxalq konfransı (11dekabr 2014) və s. göstərə bilərik.

2011-ci ildən başlayaraq hər il ölkəmizdə Bakı Beynəlxalq  Humanitar Forumu keçirilir. Forum XXI  əsrdə bəşəriyyətin qarşısında duran qlobal çağırışlara cavab axtarmaq, humanitar əməkdaşlıqla bağlı ən mühüm məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq üçün beynəlxalq miqyasda nüfuzlu elmi-siyasi platformadır.Mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycan bu formatda tədbirlərin keçirilməsi üçün ideal yerdir.

Azərbaycan  dövlətinin  tolerantlıq siyasətinin daha da genişlənməsi və möhkəmlənməsi, tolerantlıq  mühitinin qorunub  saxlanılması  və  təşviqi məqsədilə dövlət başçısı  İlham Əliyev bir sıra mühüm tədbirlər həyata keçirmişdir. İlk olaraq 2014-cü ilin fevral ayında Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidməti yaradılmışdır. Multikulturalizmin həyat tərzinə çevrildiyi Azərbaycanın dünyaya tolerantlıq nümunəsi olaraq daha geniş tanıdılmasının vacibliyini, eləcə də ayrı-ayrı   ölkələrdəki  müxtəlif multikultural modellərə xas fəlsəfi, sosial, siyasi və digər aspektlərin  Azərbaycan reallığında təhlili və təşviqinin əhəmiyyətini nəzərə alaraq 14 may 2014-cü ildə isə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması haqqında fərman imzalamışdır.

Azərbaycanın zəngin tolerantlıq ənənələrinə diqqət çəkən Mehriban xanım Əliyeva ölkəmizdə yaşayan xalqların öz mədəni müxtəlifliyini qoruyub saxlamaq, dini etiqadlarını sərbəst yerinə yetirmək, tarixən mövcud olmuş tolerantlıq mühiti barədə fikirlərini bölüşərkən demişdir: “Xalqlar arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin, tolerantlığın hökm sürdüyü Azərbaycan cəmiyyəti bizim tarixi nailiyyətimizdir və bu amil ictimai-siyasi həyatımızın aparıcı normasına çevrilmişdir. Ölkəmizdə yaşayan müxtəlif xalqlara öz milli mənəvi dəyərlərini, dini etiqadını, adət-ənənələrini qoruyub saxlamaq, dil və mədəniyyətini inkişaf etdirmək üçün demokratik şərait təmin edilmişdir. Azərbaycanın bütün vətəndaşları dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, əsas insan hüquq və azadlıqlarına malikdirlər. Qürurverici faktdır ki, Azərbaycan dünya ölkələri üçün tolerantlıq örnəyi hesab olunur və bir çox dövlətlər bizim təcrübəmizdən yararlanmağa çalışırlar”.

Heydər Əliyev Fondu hər bir layihəsi ilə müxtəlif xalqlar arasında humanizm, həmrəylik və dözümlülük kimi bəşəri dəyərlərin bərqərar olmasına öz töhfəsini verməyə çalışır. Uğurla həyata keçirilən “Tolerantlığın ünvanı Azərbaycan” layihəsi çərçivəsində ölkədəki məscidlərdə, kilsələrdə, sinaqoqlarda təmir-bərpa işləri aparılır. Bakıda yəhudi uşaqları üçün təhsil kompleksinin istifadəyə verilməsi, Fransa regionlarında kilsələrin, müqəddəs Roma katakombalarının bərpasında iştirakımız, Həştərxanda Müqəddəs Knyaz Vladimirə abidənin ucaldılması da məhz ayrı-ayrı xalqların və konfessiyaların qarşılıqlı hörmət və dostluq münasibətlərinin genişləndirilməsinə xidmət edir.

Bakıda yaşayan yəhudi uşaqları üçün “Xabad-Or-Avner” Təhsil Mərkəzi “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi çərçivəsində Heydər Əliyev Fondu və “Or-Avner” Beynəlxalq Fondu tərəfindən inşa edilmişdir.

“Tolerantlığın ünvanı Azərbaycan” layihəsinin digər tərkib hissəsi kimi dünyanın müxtəlif ölkələrində Azərbaycanda dini tolerantlığı əks etdirən fotoşəkillər sərgilənmişdir.

2013-cü il noyabrın 22-də Parisdə, 2013-cü il oktyabrın 22-də Parisdə UNESCO-nun mənzil-qərargahında, 2013-cü il sentyabrın 27-də BMT-nin Nyu Yorkdakı mənzil-qərargahında, 2014-cü il aprelin 3-də Moskvadakı Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzində foto-sərgilər keçirilmişdir. Qeyd etmək lazımdır ki, təşkil olunan bütün foto-sərgilərdə ölkəmizdə dini tolerantlığı əks etdirən fotoşəkillər sərgilənmişdir.

Heydər Əliyev Fondunun beynəlxalq fəaliyyətindən danışarkən Pakistanda gördüyü işlərə xüsusi  diqqət yetirilməlidir. Fondun dost ölkədə səhiyyə, təhsil və humanitar sahələrdə həyata keçirdiyi irimiqyaslı layihələr Pakistan dövləti və ictimaiyyəti tərəfindən hər zaman yüksək dəyərləndirilmişdir. Mehriban xanım Əliyevanın  Pakistanda uşaqlar üçün tikdirdiyi və təmir etdirdiyi çoxsaylı məktəb, səhiyyə ocaqları, musiqi liseyləri və uşaq evləri, talassemiya və diabetdən əziyyət çəkən uşaqlara xüsusi qayğısı Pakistan xalqı tərəfindən minnətdarlıq hissi ilə xatırlanır.

Azərbaycan xalqını vahid ideologiya ətrafında birləşdirən onun zəngin mədəniyyəti, mənəvi dəyərləri, adət-ənənələri ilə yanaşı, həm də İslam dinidir. Xalqın dini dəyərlərinin və mədəniyyətinin qorunması istiqamətində ötən müddətdə atılan ardıcıl addımlar tolerantlıq və multikulturalizm siyasətinə alternativin olmadığını sübuta yetirir.

Ümummilli lider Heydər Əliyevin dövlət-din münasibətləri ilə bağlı apardığı siyasət Azərbaycanın adət-ənənələrinə və xalqın zəngin keçmişinə əsaslanıb, tarixin sınağından keçən milli-mənəvi dəyərlərimizin müasir dövrdə daha da effektivliyinə diqqəti yönəldib. Cəmiyyətdə bərqərar olan tolerantlıq və humanizm mühiti də məhz Heydər Əliyevin müdrik siyasətinin nəticəsi idi. Heydər Əliyevin milli kimliyimizin formalaşmasında mühüm rol oynayan və xalqımızın mənəviyyatını zənginləşdirən İslam dininə münasibəti də özünəməxsus idi. O, İslamın insanpərvər və mütərəqqi din olduğunu vurğulayaraq deyirdi: “Bizim dinimiz mütərəqqi dindir. Əsrlər boyu İslam dini özünün mütərəqqi olduğunu və eyni zamanda, İslam dininə itaət edən adamların hamısına özünün nə qədər tərəqqipərvər və nə qədər dünyəvi əhəmiyyətli olduğunu sübut edir, müsəlmanlara daim xoşbəxtlik bəxş edir”.

Rahat,  sabit  bir  ölkədə  yaşamaq  çox  gözəldir. İdeal  cəmiyyət  və  tamamilə  qüsursuz  ölkə  yoxdur. Respublikamızda  yaşayan  hər  bir  əcnəbi  vətəndaşın,  etnik  qrup  və ya  azsaylı  xalqların  nümayəndələrin  bərabər  səviyyədə  yaşaması dövlətin daim  nəzarətindədir  və  onlara   azad,  sabit  və  təhlükəsiz   yaşaması   bundan  sonra  da  diqqətdə  olacaqdır.

 

Bəyən və paylaş

Rəylər

rəy(lər)