“Heydər zirvəsi”nə anım yürüşü

Ənənəyə sadiq qalaraq Ümummilli Lider Heydər Əliyevin anım günü ərəfəsində Azərbaycan Dağçılıq və Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyasının (ADEİNFA) təşkilatçılığı və Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) dəstəyi ilə Şahdağ Milli Parkının ərazisində yerləşən “Heydər zirvəsi”nə növbəti kütləvi yürüş təşkil edilir. 9, 10, 11, 12 ,13 dekabr 2015-ci il tarixlərində baş tutacaq yürüşün həyata keçirilməsi üçün Azərbaycan Dağçılıq və Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyası tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müvafiq müraciət ünvanlanmış və bu müraciətə əsasən Şahdağ Milli Parkında də yerləşən 3751 m hündürlüyə malik zirvəyə yürüşün təşkili üçün müvafiq icazə alınmışdır. Həmçinin Ekoloğiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən də tədbirin yüksək məramı nəzərə alınaraq, qeyd olunan tarixlərdə “Heydər zirvəsi”nə kütləvi yürüş edəcək şəxslər milli parkların yüksək dağlıq ərazilərinə daxil olmaq üçün müəyyən edilmiş birdəfəlik giriş haqqından azad ediləcəkdir. Yürüşdə iştirak etmək arzusunda olan bütün iştirakçılardan və klublardan xahiş olunur ki, sənədləşmənin aparılması üçün 25 noyabr 2015i-ci il tarixinədək Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasına müraciət etsinlər.
Sənədlər (fərdi anket vərəqi və şəxsiyyət vəsiqəsinin surəti) yürüş üçün müraciət olunan tarixdən ən geci 10 gün müddətində təqdim edilməlidir. Yürüşlə bağlı bütün məlumatları onlayn və ya alternativ vasitələrin köməyi ilə müraciət edərək Federasiyanın Məlumat Xidmətindən almaq mümkündür:
Federasiyanın ünvanı: Nobel pr.61, Bakı şəhəri tel: (012) 424-29-81,
Məsul şəxslər:
Babək İsgəndərov (070-334-99-54)
Fərid Mustafayev (070-333-42-91)
e-mail: [email protected]
Məlumat üçün bildiririk ki, sənədləri vaxtında təqdim etməyən şəxslərə Heydər Zirvəsinin yerləşdiyi Milli Parkın ərazisinə giriş üçün icazə verilməyəcəkdir.

Bir cavab yazın

Back to top button