28 Oktyabr 17:48

Heydər Əliyev adına Müasir Təhsil Kompleksində məlumat bölməsi üzrə baş mütəxəssis vakansiyası

BAŞ QEYDİYYATÇI

Heydər Əliyev adına Müasir Təhsil Kompleksində məlumat bölməsi üzrə baş mütəxəssis (baş resepşionist) vəzifəsinə müraciət etmək üçün ali təhsili olan namizədləri dəvət edirik. Biz yerli və xarici həmkarları ilə beynəlxalq mühitdə işləmək istəyən, davamlı öyrənmə və təkmilləşdirilməsi üçün açıq, dinamik, enerjili və təşəbbüska rəməkdaş axtarırıq. Əmək haqqı iş təcrübəsi və ixtisas səviyyəsindən asılı olaraq 1000 AZN və daha yuxarı təşkil edir.

NAMİZƏDƏ TƏLƏBLƏR

• Ali təhsil(bakalavr və ya magistr dərəcəsi);
• Azərbaycan/Rus/İngilis dillərində mükəmməl və savadlı danışma və yazma bacarığı;
• MS Office proqramlarında (Word, Excel, Power Point, Outlook) işləmək bacarığı;
• Ofis avadanlıqlarından istifadə etmə bacarığı (printer, skaner, faks);
• Nizam intizamlı, məsuliyyətli, işgüzar, insanlarla ünsiyyət qurmağı, təşkilatçılıq bacarıqları;
• İdarəetmə və liderlik bacarıqları;
• Fərdi və komanda şəklində işləmə bacarığı;
• Yaş: 25-35
• Tələb olunan sahədə ən az 3-5 il müddətində iş təcrübəsi;
• Qeyd: məlumat mərkəzi və ya məlumat mərkəzinin operator vəzifəsində çalışanlara üstünlük verilir.

ÖHDƏLİKLƏR

• Məlumat bölməsi üzrə (digər resepşionistlər daxil olmaqla) idarəetməyə rəhbərlik;
• Resepşionistlərin işlərini istiqamətləndirmək və nəzarət etmək;
• Daxi lolan zənglərin/məktubların qəbul edilməsi və müvafiq şöbələrə yönləndirilməsi;
• Gələn valideynlərin və qonaqlarınq qarşılanması və yönləndirilməsi;
• Valideynlərin, şagirdlərin və bütün işçi heyyətinin müxtəlif yeniliklərlə məlumatlandırılması;
• Müəllim heyyəti ilə valideyn arasında birbaşa, electron və ya telefon vasitəsi ilə əlaqələrin qurulması;
• Rəhbərliyin verdiyi tapşırıqları yerinə yetirilməsi;
• Günlük / həftəlik / aylıq məlumat bazasının işlənilməsi və iclasların təşkil edilməsi;
• Məşğuliyyət tam iş günü nəzərdə tutur.

Maraqlanan namizədlər (Word və ya PDF formatında) 1) sizin maraq və müvafiq vəzifəyə uyğunluq haqqında məktub (250-300 söz) və 2) cari CV şəkil ilə birlikdə ingilis və azərbaycan dillərində təqdim etməlidirlər. Bu materiallar mövzu hissəsində iddia etdiyiniz vəzifənin adı qeyd olunmaqla, [email protected] elektron ünvanına göndərilməlidir.

Yalnız seçilmiş namizədlər dəvət olunacaq. Qəbul prosesi müvafiq prosedura uyğun keçiriləcəkdir.
Kompleks yüksək səviyyəli işə qəbul üçün rəqabət qabiliyyəti və cəlbedici şərait təklif edir.
Kompleks haqqında daha ətraflı məlumat üçün, http://www.mtk.edu.az/en/ linkinə müraciət edilə bilər.

Son müraciət tarixi: 18 Noyabr 2019-cu il.

Bəyən və paylaş

Rəylər

rəy(lər)