3 Fevral 08:58

“ Heyvanlara sevgi və şəfqət” adlı aylıq foto müsabiqə

Azərbaycan Fotoqrafları Birliyi və Azərbaycan Milli Qeyri Hökumət Təşkilatlarının Forumu fevral ayı üçün “ Heyvanlara sevgi və şəfqət” adlı aylıq foto müsabiqə elan edir.
Heyvanlar aləmi hər birimizin diqqət mərkəzində olan bir dünyadır. Hər birimiz evimizdə iri və ya xırda heyvanlar və ya quşlar saxlayırıq. Onlarla gündəlik təmasdayıq. Heyvanlar eyni zamanda sədaqət, dost rəmzidirlər, bəzən isə etinasızlıq və biganəliyin qurbanı.

Sosial həyatımızın və duygularımızın bir hissəsinə çevrilən canlılara münasibət əsas qayə olaraq fotomüsabiqənin ana xətti elan edilir. Fotoqrafların qarşısında duran vəzifə heyvanlara münasibət, qayğı, heyvanlar aləmi ilə yanaşı heyvanlara xüsusi qayğı göstərən insanlar haqda olmalıdır.

Müsabiqəyə makro, portret, küçə fotoqrafiyası kimi janrlarda olan fotolar təqdim oluna bilər. Təqdim olunmuş seriya fotolarda hansı isə bir sosial problemə aid olan fotolar yer ala bilər. Təqdim olunmuş sosial fotolarda cəmiyyətə sosial mesajın olması mütləqdir – cəmiyyətin onu əhatə edən canlılara münasibəti və ya canlıların cəmiyyətdə statusuna diqqət, cəmiyyətin ətrafındakı canlılara göstərdiyi qayğı, cəmiyyətdə canlılara qarşı mərhəmət hissinin formalaşması, uşaqların tərbiyəsində canlıların oynadığı rolu, şəfqət hissinin formalaşmasında onların oynadığı rolu göstərmək fotoqraflar qarşısında duran başlıca vəzifədir.
Müsabiqəyə fotolar [email protected] ünvanına qəbul olunacaq.
Müsabiqəyə təqdim olunacaq fotolar JPEG formatda ,uzun tərəfi 1500 px olmalıdır. Hər kəs müsabiqəyə 5 foto təqdim edə bilər.
Müsabiqəyə fotolar 27 fevral tarixinə kimi təqdim olunmalıdır, onlar bədii şuraya təqdim olunmaq üçün hazırlanacaq. Hər bir müəllif fotonun adında özü haqda məlumatı (ad,soyad,,fotonun adı) yerləşdirməlidir. Münsiflər lazım gəldikdə fotonun ilkin variantını tələb etmək hüququndadır. Təqdim olunan fotoların üzərində heç bir müəllif imzası və ya loqosu yerləşdirmək olmaz. Təqdim olunmuş fotolar üzərində heç bir fotoredaktə proqramlarında əlavələr olunmamaq şərti ilə (real rəng,kontrast və s. kimi alətlərdən istifadə olunması mütləqdir), elan olunmuş fevral ayında çəkilmiş işlər qəbul olunur. Fotolarda əks olunmuş adamların razılığı fotoqrafın üzərinə düşür. Fotoların müəllif hüquqları qorunmaq şərti ilə fotoqrafiyanın yalnız təbliğı məqsədi ilə istifadə etmək müəlliflə razılaşdırılacaq.
Fotolardan kommersiya məqsədi ilə istifadə olunmayacaq. Fotolar Facebookda AFB Ayliq Musabiqe qrupunda yerləşdiriləcək.
Müsabiqənin Kordinatoru Günel Məmmədovadır.
Bəyən və paylaş

Rəylər

rəy(lər)