Hindistan Mədəni Əlaqələr Şurası təqaüd təklif edir

Hindistan Mədəni Əlaqələr Şurası (HMƏŞ) tərəfindən 1(bir) azərbaycanlı tələbənin Hindistanın tanınmış ali təhsil müəssisələrindən birində təhsil alması üçün təqaüd təklif edilir. Təqaüd proqramına əsasən seçilmiş namizədə təhsil aldığı və ya tədqiqat işi apardığı müddətdə yemək və yaşayış xərclərinin bir hissəsi qarşılanır. Səyahət xərcləri qarşılanmır. Təqaüd tibb və tibb ilə əlaqədar proqramlar istisna olmaqla, Hİndistanda istənilən bakalavr və magistr proqramını əhatə edir.

Proqrama dair ətraflı məlumat Hindistanın Azərbaycandakı Səfirliyinin www.indianembassybaku.in və HMƏŞ-inwww.iccr.gov.in internet saytlarından əldə oluna bilər.

Bir cavab yazın

Back to top button