20 Aprel 18:16

“Horizon 2020” üzrə COST proqramına müraciətlər üçün təqdimat tarixi uzadılıb

“Horizon 2020” üzrə COST proqramına müraciətlər üçün təqdimat tarixi uzadılıb

Avropa İttifaqının “Horizon 2020” üzrə COST (Elm və Texnologiyada Avropa Əməkdaşlığı) proqramına müraciətlər üçün təqdimat tarixi koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar dünyadakı vəziyyət nəzərə alınaraq, 29 oktyabr 2020-ci il tarixinə qədər uzadılıb.

Məqsəd tədqiqatçılara pandemiya səbəbindən baş verən qlobal çağırışlara cavab verə biləcək layihə təkliflərinin hazırlanması və təqdim edilməsi üçün imkanın yaradılmasıdır.

Bəyən və paylaş