HR generalist vakansiyası

İcbari Tibbi Sığorta üzrə dövlət Agentliyinin insan resurslarının idarəedilməsi departamentinə rekrutment, təlim və inkişaf, ümumi kadr yönümlü işləri görəcək HR generalist axtarılır.

Seçim test və müsahibə əsasında aparılacaqdır.

Testlərdə CV və Cv-lərin ilkin təhlili, karyera inkişafı, soft və hard səriştəliklərlə bağlı, həmçinin bir sıra texniki suallar olacaq, excellə bağlı bacarıqlar qiymətləndiriləcəkdir.

Müsahibələrdə isə namizədin yuxarıda qeyd olunan işləri görməsi üçün hazırlıq səviyyəsi qiymətləndiriləcəkdir.

Maraqlı namizədlərdən xahiş olunur ki, mövzu yerinə HR generalist yazaraq [email protected] ünvanına Cv-lərini göndərsinlər.

CV göndərərkən nəzərə alın ki, domain elektron təhlükəsizlik məqsədilə mail.rulist.ruinbox.ru maillərindən gələn CV-ləri qəbul etməyə bilər, ona görə də yahoo, gmail tipli e-maillərdən müraciət etməyə çalışın.

İşlər haqqında daha geniş məlumatı əlavə edilmiş faylda görə bilərsiniz

Ancaq seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir