12 Yanvar 18:10

Huffington Post: “Bakı, dialoq və sülhün toplaşdığı nadir geosiyasi məkandır”

Amerikanın “The Huffington Post” qəzeti Bakıda keçirilən III Mədəniyyətlərarası Dialoq Forumu haqqında məqalə dərc edib. Məqalə Foruma çıxışçı və iştirakçı kimi qoşulan Annette Blum tərəfindən hazırlanmışdır.

Məqalədə yazar Azərbaycana səfərinin 3 səbəbini açıqlamışdır. Müsəlman aləmində ilk dəfə Azərbaycanda 1918-ci ildə dünyəvi demokratik dövlətin qurulması, dünyanın müxtəlif xalqları ilə birgə yaşam tərzi və s. bu kimi səbəblərin bu ölkəyə səfər etməsi üçün əsas olduğu bildirilmişdir.

Məqalədə qeyd olunur ki, Azərbaycan onu digər qonşu regionlardakı ekstremist qüvvələrdən qoruyan geopolitik yerləşməsi ilə unikaldır.

Bütün bu amillər nəzərə alınaraq, həm ölkə daxilində, həm də beynəlxalq aləmdə ölkəmizin dinlərarası və multikultural harmoniyaya bağlılığı və bu sahədəki uğurlarını əsas götürərək, Mədəniyyətlərarası Dialoq Forumu üçün Azərbaycan ən uyğun və maraqlı məkan olaraq göstərilir.

Yazar Annette Blum Azərbaycanın müxtəlif icmaların sülh və qarşılıqlı hörmətlə birgə yaşadığı bir ölkə modeli olaraq, bir çox ölkələrə nümunə ola biləcəyini vurğulamışdır. Azərbaycan bütün dinlərdən və mədəniyyətlərdən olan insanların birlikdə azad yaşadığı və hər kəsin uğur qazanmaq üçün bərabər imkanlara malik olduğu təmin olunan bir millət kimi tanıdılmışdır.

Sonda Annette Blum dialoq və sülh mexanizmi kimi incəsənətin öz fəallığı ilə mühüm rola malik olması təcrübəsinə Bakıda şahidi olduğunu bildirmişdir.

Məqalə ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:

 http://www.huffingtonpost.com/annette-blum/baku-a-unique-geopolitica_b_8936520.html

Bəyən və paylaş

Rəylər

rəy(lər)