“Humanitar elmlər: dünən, bu gün və sabah” adlı tələbə elmi konfransı keçiriləcək
2020-ci il fevralın 28-də Xəzər Universiteti Dillər və ədəbiyyatlar departamenti “Humanitar elmlər: dünən, bu gün və sabah” adlı tələbə elmi konfransı keçirəcək.
Konfransın mövzuları:
- Dil
- Ədəbiyyat
- Müqayisəli ədəbiyyat
- Tərcümə
- Fəlsəfə
- Siyasi elmlər
- Pedaqogika
- Tarix
- Mədəniyyət
- Xarici dilin ikinci dil kimi tədrisi
Konfransa təqdim olunan tezislərə qoyulan tələblərlə burada tanış olmaq mümkündür.
Daha ətraflı məlumat almaq üçün [email protected] ünvanına e-mail göndərə bilərsiniz.
▪ Tezislərin son göndərilmə tarixi: 31 yanvar 2019-cu il
▪ Tezislərin qəbul olunması haqqında məlumat: 10 fevral 2020-ci il