reklam

Hüquq Departamentində Təcrübəçi vakansiyası

“Sumqayıt Texnologiyalar Parkı” MMCHüquq Departamentində Təcrübəçi vakansiyası elan edir. Biz kimləri axtarırıq? -Hüquq sahəsi üzrə bakalavr və ya magistr təhsilini bitirmiş; -Kişi namizədlərdə hərbi xidməti keçmiş və ya təcrübə müddətində möhlət hüququ olanlar nəzərə alınacaqdır; -Sənaye sektorunda karyera qurmaq motivasiyasına malik olmalı; -Aktiv, məsuliyyətli və nəticəyönümlü olmalı; -Yeni bilik və bacarıqlara yiyələnməyə həvəsli olmalı; -Komandada işləmə bacarığına sahib olmalı; -Azərbaycan dilini yüksək səviyyədə bilməli; -Fikrini dəqiq ifadə etməli və təqdimat bacarıqlarına malik olmalı; -Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət qurmağı bacarmalıdır. Bu təcrübə proqramında nələri əldə edəcəksiniz? -Regionun qeyri-neft sektorunun ən böyük istehsalçısı sayılan STP şirkətlər qrupunda 4 aylıq yerli mütəxəssislərlə birgə təcrübə keçmək imkanı; -Yüksək komanda ruhunda əməkdaşlıq imkanı; -Fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək üçün əlverişli mühit; -Əmək müqaviləsi əsasında sənədləşmə və həftəsonları istirahət; -5 günlük iş həftəsi (saat 09:00-dan 18:00-dək); -Ödənişli əsaslarla təcrübə qazanmaq imkanı. Peşəkar komandamıza qoşulmaq və karyeranızın inkişafına gedən yolda bizimlə birlikdə irəliləmək istəyirsinizsə, 21 fevral 2022-ci il tarixinədək[email protected]emailına və yaxudinternstp.comportalından qeydiyyatdan keçməklə təcrübə proqramımıza müraciət edə bilərsiniz.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
İNSTAGRAM: @edumap.az

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az