12 Dekabr 10:29

“Hüquq mədəniyyəti” adlı təlimi keçiriləcək

Edumap.az xəbər verir ki, “Dan” Beynəlmiləlçi Gənclər İctimai Birliyi 18.12.2016-cı il tarixində, Bakı şəhərində “Hüquq mədəniyyəti” adlı təlimini keçirəcəkdir.

Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir.

“Hüquqi dövlətin inkişafında hüquq mədəniyyətinin rolu mövzusundə tədbirlərin təşkili” layihəsinin əsas məqsədi vətəndaşlara qayda-qanunlara əməl etmək vərdişini aşılamaq və insanların qanunazidd əməllərdən uzaq olmasına təsir etmək, eləcə də, hüquqlarını bilən və onlara əməl edən vətəndaşlar yetişdirməkdir.

Azərbaycan kulturoloqu, tarix elmləri doktoru, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, Azərbaycan Kulturoloqlar Cəmiyyətinin sədri, daimi fəaliyyət göstərən “Mədəniyyət və cəmiyyət” elmi seminarının elmi rəhbəri Fuad Məmmədov tərəfindən keçiriləcək təlimin mövzuları aşağıdakılardır:

– Mədəniyyət, sivilizasiya və dövlət haqqında anlayış;
– Hüquqi dövlətin idarəolunmasında hüquqi və etik mədəniyyətin rolu;
– İşgüzar oyun “Səadət formulu”.

Qeyd edək ki, təlim, beynəlxalq standartlara cavab verən, ən müasir sistemli kulturoloji yanaşma əsasında qurulmuşdur.
Təlimdə iştirak etmiş şəxslərə şəhadətnamə veriləcək.

Ünvan: “Sapphire” oteli, “Sədəf” zalı. (Səməd Vurğun 23, AZ1095)

Əlaqələndirici şəxs: Səbinə Əliyeva
Vəzifə: Layihə koordinatoru
Mobil tel: +994553019991
Email: [email protected]

Bəyən və paylaş

Rəylər

rəy(lər)