1 Dekabr 07:07

Hüquq Olimpiadası

Nəhayət DİA Hüquq Klubunun bu yarımil üçün ən böyük və genişmiqyaslı tədbiri olan “Hüquq Olimpiadası” başlayır !

“Hüquq Olimpiadası”nın keçirilməsində məqsəd 4 il müddətində akademik səviyyədə əldə edilən biliklərin yoxlanılması, məntiqi mühakimə qabiliyyətinin üzə çıxarılması və hüquqi dünyagörüşünün nümayiş etdirilməsidir.

“Hüquq Olimpiadası ” 2 mərhələni əhatə edəcək. “Test mərhələsi” adlanan ilk mərhələ 5 dekabr tarixində baş tutacaq. Test mərhələsi 50 sualı əhatə edəcək, aşağıdakı sahələrə dair suallar təqdim olunacaq :

– Konstitusiya hüququ
– Hüquq nəzəriyyəsi
– Cinayət hüququ
– Mülki hüquq
– Əmək hüququ
– Digər hüquqi aktlar və hüquqi dünyagörüş sualları (20 sual)
Bu mərhələdə bütün iştirakçılara eyni suallar veriləcək və müvafiq zaman ərzində cavablandırılması tələb olunacaqdır.

İkinci mərhələ isə isə “yazılı mərhələ və ya kazus mərhələsi” adlanır. Bu mərhələdə test mərhələsindən ən çox bal yığan tələbələr iştirak edəcəkdir. DİA Hüquq Klubu ” Hüquq Olimpiadasının” ilk fərqləndirici xüsusiyyəti bundan ibarətdir ki, ikinci mərhələdə hər iştirakçının hüquqi bilikləri təhsil aldığı kurs dairəsində qiymətləndirələcək, həmin kursa dair müvafiq hüquq fənnləri ilə bağlı kazuslar təqdim olunacaqdır. Beləliklə, olimpiadanın ikinci mərhələsində bərabərlik və ədalətli şərtlər təmin edilməklə, aşağı kurs tələbələrinin də aktiv iştirakı və potensialını göstərməsi üçün şərait yaradılacaqdır.
Hər iki mərhələdə daha yüksək nəticə göstərmiş tələbə olimpiadanın qalibi elan ediləcəkdir.

“Hüquq Olimpiadasının” ikinci fərqləndirici xüsusiyyəti isə belədir ki, yarışın qalibindən əlavə hər kurs üzrə seçilmiş bir tələbə müəyyən olunacaqdır.
Olimpiadanın ikinci mərhələsinə keçmiş hər bir iştirakçını sertifikat, qalibi və hər kurs üzrə seçilmiş tələbələri həm sertifikat, həm də mükafatlar gözləyir.

“Hüquq Olimpiadası” ilə bağlı qeyd-şərtlər :
1. İkinci mərhələyə keçən iştirakçıların sayı ümumi iştirakçıların sayına əsasən müəyyənləşdiriləcəkdir. İştirakçı sayı bəlli olduqdan sonra konkret hədd müəyyən olunacaqdır.
2. Test mərhələsinə hər sahə üzrə düşəcək sualların dəqiq sayı bir neçə gün öncə iştirakçılara bildiriləcəkdir
3. Qabaqcadan müəyyən olunmuş vaxtda olimpiadanın hər hansı mərhələsində iştirak etməyən tələbənin nəticəsi ləğv olunacaqdır.

“Hüquq Olimpiadası”nda iştirak üçün aşağıdakı linkə daxil olub qeydiyyatdan keçin :
https://docs.google.com/forms/d/1ayylYkroWMvkCjR07cjUk8lJh-Y8pCb7Y-ankK9F9II/viewform
Qeydiyyat üçün son tarix : 4 dekabr , 12:00

Sizi Hüquq Klubunun ən möhtəşəm tədbirində hüquqi biliklərinizin nümayişinə və mübarizəsinə dəvət edirik !

Qeyd: Olimpiada ancaq DİA tələbələri üçün nəzərdə tutulub.

Bəyən və paylaş

Rəylər

rəy(lər)