ABB Hüquq departamentinin Müqavilələr və bank əməliyyatlarına hüquqi dəstək şöbəsinə kiçik hüquqşünas/hüquqşünas vakansiyası elan edir.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Görəcəyiniz işlər:
- Sahibkarlıq subyektlərinə verilən kredit və həmin kreditlər üzrə öhdəliklərin təminatı ilə bağlı sənədlərin hüquqi ekspertizasını həyata keçirmək və hüquqi rəylər vermək;
- Bank fəaliyyəti ilə əlaqədar standart şərtli müqavilələri və digər müxtəlif növ müqavilələri, sazişləri və sair oxşar sənədləri hazırlamaq;
- Bütün növ müqavilələrin, sazişlərin hüquqi ekspertizasını həyata keçirmək, onların Bankın mənafeyi və qanunvericiliyin tələblərinə uyğunluğu barədə hüquqi rəylər vermək;
- Bankda satınalma işinin təşkilinə hüquqi dəstək vermək, bununla əlaqədar sənədlərin və müqavilələrin hüquqi ekspertizasını həyata keçirmək və hüquqi rəylər vermək;
- Bütün növ bank əməliyatları ilə bağlı müvafiq struktur bölmələrə hüquqi dəstək göstərmək.
- Ali təhsilli (Hüquq);
- Sahibkarlıq subyektlərinə verilən kredit və həmin kreditlər üzrə öhdəliklərin təminatı ilə bağlı sənədlərin hüquqi ekspertizası üzrə təcrübəsi olan şəxslərə üstünlük verilir;
- MS Office (əsasən Excel) proqramlarında yüksək səviyyədə iş bacarığı olan;
- Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik olan şəxsdir.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur